Çində saqqal qorxusu
ANS
PRESS-in məlumatına görə, Çində bölgə sakinlərinə xəbərdarlıq olaraq
hazırlanan plakatlar mübahisələrə səbəb olub. “Terrorçular”a kömək
etməkdən çəkindirmək üçün hazırlanan plakatlarda Şərqi Türkistanlı uyğur
türklərinin saqqallı karikaturaları ölkədə sürətlə yayılır.
“Saqqallı
terrorçulardan çəkinin” yazılan plakatlarda vəhşi obrazında saqqallı
müsəlmanlar və ədalət tərəfdarı kimi təmiz insan obrazında çinlilərin
təsviri yer alıb.
Bir
çox versiyası ilə əhaliyə müxtəlif mesajlar çatdıran plakatda
“terrorizm insanlığın düşmənidir” və “terrorçuların ölkədən qaçmasına
kömək etmək günahdır” kimi nəsihətlər yazılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9637