Türk liseylərinin bağlanmasının təhsilimizə mənfi təsiri

17.07.2014 - 08:40

Ali məktəblərə builki qəbulda ən yüksək nəticə göstərənlərin əksəriyyəti bağlanan məktəblərin yetirmələridir

Ali məktəblərə builki qəbulda ən yüksək nəticə göstərənlərin əksəriyyəti bağlanan məktəblərin yetirmələridir

Azərbaycanın təhsil sektorunun bitib-tükənməyən problemləri,
çatışmayan cəhətləri daim müzakirə mövzusudur. Illərdir bu barədə
yazılmasına, araşdırmalar aparılmasına baxmayaraq, problemlər aradan
qaldırılmaq əvəzinə, daha da dərinləşir.

Son dövrlərdə Azərbaycan təhsilində, konkret olaraq, ali məktəblərə
qəbulda yüksək nəticələr adətən, ölkədə fəaliyyət göstərən nüfuzlu
liseylərin, hazırlıq kurslarının hesabına olub. Elə builki qəbul
imtihanlarının nəticələri də göstərib ki, ən yüksək – 700 bal toplayan
abituriyenlərin böyük əksəriyyəti türk liseyləri və “Araz” hazırlıq
kurslarının yetirmələridir.

Lakin təxminən bir ay əvvəl Azərbaycan hökuməti həmin lisey və
hazırlıq kurslarının fəaliyyətinin dayandırılması barədə qərar verdi. Bu
da ölkədəki onsuz da özülü laxlayan təhsil sisteminə sarsıdıcı zərbə
vurdu.

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, böyük bir
təhsil şəbəkəsi bağlanıb və təhsil bazarında onun yerini tuta biləcək
müəssisələr də yoxdur. Onun fikrincə, “Çağ” Öyrətim məktəbləri tamamilə
yeni qayda və məzmunda olmaqla, bütün təhsil müəssisələrilə ciddi
rəqabətdə olub.

Ekspertin sözlərinə görə, həmin məktəblərin bağlanması yaxın bir-iki
ildə öz mənfi təsirini göstərəcək: “Bu təsir yalnız o vaxt özünü göstərə
bilər ki, qəbul imtahanlarının şərtləri eyni qaydada olsun. Yəni, gələn
il götürüləcək imtahan da builki kimi olsun. Suallarda, qəbul
qaydalarında fərqlilik olsa, “Çağ” Öyrətim məktəblərinin verdiyi
təhsilin olmaması hiss olunmayacaq”.

N.Qulamoğlu əlavə edir ki, həmin məktəblərin bağlanmasının
Azərbaycanın təhsil sektoruna mənfi təsiri zamanla özünü daha çox biruzə
verəcək.(azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=9640

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31