Heroin əməliyyatından üç generalımızın xəbəri olub
Gürcüstanda tutulan 3 ton
narkotiklə bağlı son məlumatlar
Gürcüstanda tutulan 3 ton
narkotiklə bağlı son məlumatlar
Aleksandr Çikaidze antinarkotik
əməliyyatından əvvəl Azərbaycana gəlib və əməliyyatı prezident, daxili
işlər, fövqəladə hallar nazirləri, DSX rəisi ilə razılaşdırıb; prosesə
Rusiya xüsusi-xidmət orqanlarının da qatqısının olduğu deyilir
Gürcüstanın
daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycanla sərhəddə tutulan 2
ton 790 kiloqram heroinlə bağlı danışıb. Nazir narkotikin əfqan mənşəli
olduğunu, Əfqanıstandan İrana, oradan Azərbaycana, daha sonra Gürcüstana
keçirildiyini deyib.
deyib ki, narkomafiya heroini Gürcüstandan Türkiyəyə, oradan isə
Avropaya daşımağı planlaşdırıb. Lakin aylar öncə planladıqları
əməliyyatla bunun qarşısı alınıb. Narkotik maddəni daşıyanlar Gürcüstan
DİN əməkdaşları tərəfindən saxlanılıb.
əfqan narkotikidir, Gürcüstana İran və Azərbaycan üzərindən daxil olub,
buradan isə artıq Avropaya çatdırılmalı idi. Narkotrafikin izinə
düşməyimiz bizim əməkdaşların aylarla davam edən işinin nəticəsidir” –
deyə, A.Çikaidze bildirib. Nazir əməliyyatda iştirak edən hər kəsə
təşəkkür də edib: “Bu, misli görünməmiş haldır və hesab edirəm ki, heç
də bütün nazirlər, nazirliklər bu cür iri partiyada narkotikin ələ
keçirilməsi ilə fəxr edə bilməzlər”.
iştirak edən digər şəxslərin Gürcüstanda olduğunun mümkünlüyünü deyən
A.Çikaidze hazırda istintaq getdiyini, detalların isə yalnız istintaq
yekunlaşandan sonra açıqlanacağını bildirib. Daxili işlər naziri
narkotikin Azərbaycan sərhədindən “əməliyyat tədbirləri çərçivəsində
buraxıldığını” da vurğulayıb.
Dövlət Departamentinin 2012-ci il hesabatı ilə müqayisədə vəziyyət
dəyişib. Biz narkotiklərlə daha fəal mübarizə aparırıq, fakt ortadadır.
Bir neçə səs-küylü işin üstü açılıb” – deyə, A.Çikaidze əlavə edib.
Müsavat” Gürcüstan DİN-in hazırladığı əməliyyat planının bəzi detalları
haqda məlumat toplayıb. Məlum olub ki, Rusiya xüsusi xidmət
orqanlarının da iştirak etdiyi bu əməliyyat daxil olmuş məlumat əsasında
bu ilin aprelində hazırlanıb. Əməliyyatın hazırlanmasına Gürcüstanın
daxili işlər naziri şəxsən rəhbərlik edib. Bu məqsədlə Aleksandr
Çikaidze bu il mayın 13-dən 16-na qədər Azərbaycana səfər edib. Səfər
çərçivəsində prezident İlham Əliyevlə, daxili işlər naziri Ramil
Usubovla, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla və Dövlət Sərhəd
Xidmətinin rəisi Elçin Quliyevlə görüşüb. Gürcü nazirin görüşlərinin
detalları haqda trend.az-ın yaydığı məlumatlarda antinarkotik
əməliyyatının hazırlanması prosesinin hazırlandığını sezmək olur.
14-də daxili işlər naziri Ramil Usubovla görüşən gürcü nazirlə həmkarı
arasında narkotiklərin qanunsuz dövriyyəsi haqda sənədlər də imzalanıb.
Sitat: “Xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə
respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır
cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair
imzalanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar
səviyyəsində əlaqələrin inkişafına təkan verib. Daxili işlər naziri
mövcud problemlərdən də danışmış, transmilli mütəşəkkil cinayətkarlığın
əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq
terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət
mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli
mübarizə aparılmasının mümkünlüyünü vurğulamışdır”.
nazir mayın 15-də Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə, 16-da
isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da görüşüb. Həmin
görüşlər zamanı antinarkotik əməliyyatının detallarının müzakirə
edilməsi şübhə doğurmur. Bu halda ortaya sual çıxır – bəs həmin
əməliyyatı Azərbaycan hüquq-mühafizə orqanları keçirə bilməzdimi?
qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev
AzadlıqRadiosuna deyib ki, Gürcüstanda tutulan 2 ton 790 kiloqramlıq
əməliyyat böyük sensasiya doğuracaq bir hadisə deyil: “Bilirsiniz ki,
belə əməliyyatlar məxfi və xüsusi agentura şəbəkəsinin qurulması ilə
həyata keçirilir. Gürcüstan polisinin uğurla başa çatdırdığı bu
əməliyyatda, şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının da rolu
var. Fikir vermisinizsə, Gürcüstanın daxili işlər naziri deyib ki,
Əfqanıstanda hazırlanan narkotik İrandan Azərbaycana keçib, ordan da
Gürcüstana gətirilib, amma Azərbaycan tərəfi bundan məlumatlı olub.
Fikrimcə, bir belə narkotik maddəni ələ keçirərkən, Azərbaycanla
Gürcüstanın hüquq-mühafizə orqanları mükəmməl əməliyyat
gerçəkləşdiriblər”.
orqanları bu məsələdən xəbərdar olubsa, niyə heroin keçirənlər elə
Azərbaycandaca tutulmayıblar” sualını belə cavablandırıb: “Bəlkə də
məsələnin siyasi tərəfləri var. Bilirsiniz ki, Gürcüstanda hökumət
yenidir və istəyir ki, əhali arasında böyük rəğbət qazansın. Azərbaycan
tərəfi həmişə regionda sülhün, əmin-amanlığın tərəfdarıdır. Bu baxımdan
ola bilsin ki, qonşu ölkəyə belə bir jest edilib”.
Belədirsə, bu, Azərbaycanın imicinə zərər vurmurmu ki, bir-iki qramlıq
narkotik maddəni tutduğunu bəyan edən bir ölkə 3 tona yaxın narkotik
maddəni niyə tutmayıb?
yanlış olardı. Birincisi, Azərbaycanda hər il tonlarla narkotik maddə
dövriyyədən çıxarılır. Gürcüstana nəzər yetirsəniz, görəcəksiniz ki, son
5 ildə bu ölkədə heç 300 kiloqramdan çox narkotik maddə aşkarlanmayıb.
Amma Azərbaycan son 7 ildə qanunsuz dövriyyədən 10 tondan çox narkotik
maddə çıxarıb. Bu baxımdan da mən məntiq və iş tərəfdarıyam. Bəli,
Gürcüstanın həyata keçirdiyi bu əməliyyat çox böyük uğurdur və dünyada
sensasiya doğuracaq hadisədir.
Olardı. Amma Azərbaycan hər il qanunsuz dövriyyədən tonlarla narkotik
maddə çıxarır və bununla bağlı BMT-yə hesabat verir. BMT-də utanırlar
ki, son 5 ildə Ermənistanla Gürcüstanın birgə üzə çıxardığı narkotik
maddənin həcmi 1 tondan artıq olmayıb. Ancaq Azərbaycan son 6-7 ildə 10
tondan artıq qeyri-qanuni narkotik maddənin qarşısını alıb. Onu deyim
ki, Əfqanıstandan Azərbaycan vasitəsilə Avropaya daşınan narkotik
maddənin həcmi də çox böyükdür. Bu baxımdan, hesab edirəm ki,
Azərbaycanın hüquq-mühafizə orqanları çox ayıq-sayıq olmalıdırlar.
Hüquq-mühafizə orqanları Gürcüstanda saxlanılan narkotik maddə barədə
medianın suallarını cavabsız qoyurlar. Milli Təhlükəsizlik Nazirliyi
jurnalistləri Dövlət Sərhəd Xidmətinə və Gömrük Komitəsinə yönəldir.
Onlar da bu məlumatları mətbuatdan oxuduqlarını deyirlər. Beləcə, külli
miqdarda heroinin hansısa bir qüvvə tərəfindən himayə olunmasına
şübhələr yaranır…
məlumat verilməməsi müəyyən şübhələrə yer açır. Amma yenə deyirəm,
Gürcüstan tərəfi bildirib ki, bu məsələdə Azərbaycan tərəfinin yardımı
olub. Bu o deməkdir ki, Azərbaycan bu məsələdən xəbərdarmış.
Azərbaycanda hər hansı narkomafiyanın, narkoticarətlə məşğul radikal
qruplaşmanın olduğuna inanmıram. Amma regional narkomafiyanın əlaltıları
var. O əlaltıların toruna bəzi məmurlar da düşə bilər. Bilirsiniz ki,
dünyada ikinci ən böyük gəlir narkotik alverindən götürülür. Bu baxımdan
o böyük pullarla hansısa məmurun yoldan çıxarılmasına cəhdlər olur.
Yəni belə hallar var. Amma Azərbaycanda hansısa narkomafiyanın
mövcudluğuna gəlincə, mən buna inanmıram.
İndi istintaq gedir. Bir də deyirəm ki, bu əməliyyat Azərbaycanın
razılığı ilə həyata keçirilib. Digər cinayət işlərinin araşdırılması
zamanı bu yanaşmanı da ortalığa qoymaq olar.
edək ki, deputat Zahid Oruc heroin qaçaqmalçılığı ilə bağlı “Yeni
Müsavat”a müsahibəsində İranı Azərbaycana qarşı narkosavaş açmaqda
ittiham edib. Deyib ki, il ərzində tonlarla narkotik maddənin İran
sərhədlərindən Azərbaycan ərazisinə keçirilməsi cəhdləri olur və bu,
İran xüsusi xidmət orqanlarının nəzarəti ilə baş tutur. Deputatın bu
açıqlamasına istinadən söyləmək olar ki, gürcü polisinin keçirdiyi
əməliyyatın Azərbaycanda deyil, məhz Gürcüstanda baş tutması rəsmi
Bakının İranla toqquşmaq istəməməsindən irəli gəlib.
Müsavat” iyulun 15-də məsələ ilə bağlı Gürcüstan Daxili İşlər
Nazirliyinə informasiya sorğusu ilə müraciət edib. Həmin sorğuda
Gürcüstan DİN-dən aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunub:
ki, Azərbaycanın hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanları
maye halında olan, 93 ədəd 30 litrlik çəlləyə doldurulmuş heroinin
sərhəddən necə keçdiyinə hələ də aydınlıq gətirməyib. Gürcüstan daxili
işlər nazirinin açıqlamasından məlum olur ki, “qara bazar”da dəyəri
təxminən 170 milyon dollar olan əfqan mənşəli heroinin ələ keçirilməsi
üçün qurulan əməliyyat planında Azərbaycan da iştirak edib və narkotik
maddə sərhəddən məhz bu əməliyyat planı çərçivəsində, yəni məqsədli və
planlı şəkildə buraxılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9644