Azərbaycan futbolunda biabırçılıq

17.07.2014 - 11:08

Yığmamızı İspaniyadan qovdular

Yığmamızı İspaniyadan qovdular

 

Azərbaycan futbolunda növbəti biabırçılıq  yaşanıb.

 

Bu dəfə qalmaqalın mərkəzində Tələbə Futbol
Federasiyası durur. İspaniyanın Malaqa şəhərində keçirilən futzal üzrə
tələbələrin dünya çempionatında iştirak edən Azərbaycan yığmasının
saxtakarlığa əl atdığı bildirilir.  Turnir çərçivəsində keçirilən ilk
oyunda Belarusa 1:5 hesabı ilə məğlub olan milli, 2-ci görüşdə Omana
qalib gəlib – 6:5.

3-cü turda, Rusiya ilə görüş ərəfəsində Azərbaycan yığmasının
saxtakarlığa əl atdığı məlum olub. Komandamızın heyətində turnir üçün
tələb olunan yaş həddini keçmiş futbolçuların olduğu müəyyənləşib.
 Nəticədə Rusiya ilə oyunda texniki məğlubiyyət alan (0:5) yığmamızı
İspaniyadan qovublar.

Əldə etdiyimiz məlumata görə, federasiya rəsmiləri turnirə tələbələri
yox,  peşəkar futbolçuları aparıb. Amma onları heyətə daxil edərkən də
yaş həddini nəzərə almayıblar.  Federasiya rəsmilərinin  saxtakarlığı
Azərbaycanın nüfuzuna zərbə vurulması ilə nəticələnib.

Xatırladaq ki, Tələbə Futbol Federasiyasının prezidenti Fazil Qarayev, vitse-prezidenti isə Oqtay Abdullayevdir.(publika.az)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9650

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31