Oruc tutmayan 5 ay həbs olunacaq

17.07.2014 - 13:17

Mərakeşdə çıxarılan bir qərar hamını heyrətə gətirib.
ANS PRESS-in məlumatına görə, Mərakeşdə oruc tutmayaraq meydan və
küçələrdə yemək yeyən biri görüldükdə ona 5 ay həbs cəzası veriləcək.
Ölkənin cənub hissəsində yerləşən Tiznit şəhərində Həsən B. adlı şəxs
gündüz saatlarında – hamının oruc olduğu bir vaxtda əsas prospektdə
yemək yeməsinə görə polis tərəfindən saxlanılıb. İşi məhkəməyə
göndərilən Həsən B.-yə 5 ay həbs cəzası verilib.
Qeyd edək ki, üzrlü bir səbəb olmadıqca, ramazan ayı müddətində hansısa
iaşə obyektlərində, küçədə və orucluların görə biləcəyi yerlərdə nəsə
yemək Mərakeş qanunlarına əsasən qadağandır. Qanuna qarşı çıxan şəxslər
haqqında 2 aydan 6 aya qədər həbs qərarı və 120 dirhəm pul cəzası
göstərilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9656

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31