Azərbaycanda rüşvət alanlar…

17.07.2014 - 13:23

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 2014-cü ilin I yarımilinə
olan hesabatının təqdimatında rüşvət alınması faktları ilə bağlı məlumat
verilib. 
“Qafqazinfo”nun məlumatına görə,
İdarənin rəisi Kamran Əliyev bildirib ki, keçirilən əməliyyat tədbirləri
nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, o cümlədən
korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 3
cinayət işi başlanıb. 
Həmin işlərdən 7-si üzrə
ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə
göndərilib: “Cinayət işləri Ağcabədi Pedoqoji Kollecinin direktoru Sahib
Hüseynovun kollecin tələbəsindən sessiya imtahanlarından müsbət qiymət
alması müqabilində 450 manat məbləğində rüşvəti alması, Bakı şəhər
Nizami rayonu 117 в„–-li Mənzil Kommunal İstismar sahəsinin rəisi Bəşir
Bəşirovun müvafiq sənədlərin verilməsi müqabilində vətəndaşdan 2 min
manat, “Merac Holdinq”in İdarə Heyyətinin sədri Səbuhi Əliyevin
zəlzələdən zərər çəkmiş ərazilərdə 204 evin yenidən tikilməsi üçün
podrat işlərinin verilməsi müqabilində 20 min manat məbləğində rüşvət
almaları və digər faktlarla əlaqədar olub”.
K.
Əliyev həmçinin vurğulayıb ki, 2014-cü ilin I yarımili ərzində idarənin
İstintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin
istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib:
“Həmin cinayət işlərindən 3 şəxs barəsində 2  iş rüşvət vermə, 4 şəxs
barəsində 4 iş rüşvət alma, 16 şəxs barəsində 11 iş vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə, 4 şəxs barəsində 4 iş vəzifə
səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin
səlahiyyətlərini mənimsəmə, 53 şəxs barəsində 38 iş mənimsəmə və israf
etmə, 41 şəxs barəsində 25 iş dələduzluq və digər faktlarla əlaqədar
olub”.
Məhkəmələrə göndərilən cinayət işləri
üzrə vurulan 11 milyon 870 min manat ziyandan istintaq müddətində 6
milyon 10 min  manat və ya 50,6 %-i ödənilən, qalan ziyanın
təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi
üçün qanunla nəzərdə tutulan tədbirlər görülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9659

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31