Ərdoğana ölüm təhdidi: "Sonu Qəddafi kimi olacaq"
sonra İstanbuldan Bolu şəhərində göndərilən prokuror Zəkəriyya Öz
twitter sosial şəbəkəsində geniş müzakirə olunacaq “tweet” atıb.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokuror Z. Öz, ad
çəkmədən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP)
prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğana söz ataraq onun da sonunun
Qəddafi və Səddam Hüseyn kimi olacağını bildirib: “Heç kim diktatorluğa
özənməsin. Sonu Qəddafi və Səddam kimi olacaq. Kim olursa olsun
hüquqsuzluğu mənimsəyən, hesabını da verəcək”. Daha sonra Öz belə davam
edib: “Zorbalıqla dövlət idarə etməyə çalışanların acı sonlarını
bilməyən yoxdur. Demokratiya və hüquq çağında tiranlığı müdafiə edənlər
yaltaqlardır”.
Ərdoğanı tənqid edən jurnalistləri, siyasi partiya liderlərini inqilabçı
kimi həbs etdirmişdi. Bundan əlavə o, Ərdoğana qarşı yazılmış
kitabları, yığdırıb, insanları “seçilmiş hökumətə qarşı xaos mühiti
yaratmaq” ittihamı ilə həbs etdirirdi.
“Böyük Rüşvət” əməliyyatından sonra İstanbuldan Boluya göndərildikdən,
dövlətin verdiyi avtomobildən və mühafizəçilərdən məhrum edildikdən
sonra Ərdoğana qarşı açıqlamalar verir, “tweet”lər atır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9660