Icra başçısının 8-ci km. sakinlərinə etirafı

17.07.2014 - 13:25

“Bildirdi ki, obyektlər yüksək vəzifəli məmurların himayəsilə inşa edildiyindən bizə kömək edə bilməz”

Bakının Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 38, 40 və 42 saylı
binaların sakinləri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
ünvanladıqları məktubun surətini “Azadlıq”a da göndəriblər. Sakinlər
məktubda yaşadıqları ərazidə “ağac soyqırımı”ndan bəhs edirlər:

“Yaşadığımız 8 bloklu 9 mərtəbəli bina ilə 8-ci km. bazarı arasındakı
100-ə yaxın çoxillik meyvə və bəzək ağacları  məhv edilir. Bəzi
işbazlar 8-ci km. bazarında qanunsuz tikililər və tikilməkdə olan digər
obyektlərini Meyriban Əliyevanın adıyla bağlayırlar. Bizim binalarla
bazar arasında 1975-ci ildə salınmış yaşıllığı məhv edirlər. Bazar
rəhbərliyi həmin ərazini binadan 4 metr məsafə saxlamaqla  bazara
birləşdirmək istəyir. Bazarda dəfələrlə güclü yanğınlar baş verib, 38
saylı binanın saiknlərinin həyatına təhlükə yaranmaqla yanaşı, həm də
onlara külli miqdarda  maddi ziyan dəyib. Nizami rayon icra başçısının
qəbulunda olub problemimizi ona yazılı şəkildə təqdim etmişik. Icra
başçısı bildirdi ki, qanunsuz obyektlər yüksək vəzifəli məmurların
himayəsilə inşa edildiyindən, problemin həllində bizə kömək etməkdə
acizdir.

Bina sakinlərinin rahatlığının pozulmasının və yaşıllıq zolağının məhv edilməsinin qarşısının alınmasında bizə kömək edin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31