İsmayıllıda tədbir

15.07.2017 - 21:52

İsmayıllıda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi gün qeyd edilib.
Ümummilli lider Heydər Əliyevin mübarək səfərləri ilə şərəfləndirdiyi İsmayıllı rayonunun ictimaiyyəti onun hakimiyyətə gəldiyi günü – 14 iyulu yüksək səviyyədə qeyd edib. Tədbir “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi üçün məkan seçilən Heydər Əliyev Mərkəzində keçirilib. İştirakçılar başlanğıcda ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Məşğələni giriş sözü ilə YAP rayon təşkilatının sədr əvəzi, rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb.
Dövlət qulluğu veteranı Valeh Salehov “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusunda məruzə edib. Ümummilli lideri 1981-ci il 23 iyulda İsmayıllıya səfəri zamanı ilk qarşılayanlar sırasında olmuş təhsil veteranı Yaşar Nuriyev, İvanovka kənd xəstəxanasının baş həkimi Mariya Prokofyeva və Talıstan kənd tam orta məktəbin direktoru, Əməkdar müəllim Aydın Əzizov çıxış ediblər.
Mərkəzin foyesində Vətənə, ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnılardan, şeirlərdən ibarət bədii proqram nümayiş etdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=96621

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31