Bakının ən təhlükəli oğrusu tutuldu

17.07.2014 - 14:41

Saxlanılan şəxs bir çox cinayətlərdə ittiham olunur

Bakıda vətəndaşların
əmlakına qənim kəsilən şəxsi polis yaxalayıb. Bakı şəhər Baş Polis
İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bir neçə vətəndaşın
dəyərli əşyalarını və pulunu qarət edən 1983-cü il təvəllüdlü Nicad
Fərzəliyev saxlanılıb.
Araşdırmalar zamanı
məlum olub ki, Nicad Fərzəliyev həm də sərnişin avtobuslarında
cibgirliklə məşğul olurmuş. Onu Nəsimi rayon Polis İdarəsi 19-cu polis
bölməsi əməkdaşları yaxalayıb.
Nicad Fərzəliyev
ilkin olaraq Ceyhun Verdiyevə məxsus H.B.Əliyev küçəsində yerləşən
mağazadan 140 manat pulu oğurlamaqda şübhəli bilinib. Lakin sonradan
araşsdırmalar zamanı onun digər cinayət xarakterli əməlləri də məlum
olub.
Araşdırma zamanı müəyyən edilib ki, o,
martın 31-də H.B.Əliyev küçəsində yerləşən mağazada Asim Haqverdiyevə
məxsus mobil telefonu oğurlayıb. Bundan başqa, aprelin 30-da 86 saylı
xətt avtobusunda Malvina Bağırovanın əl çantasından 450 manat pulu
talayıb.
Bundan başqa, Sevda Qasımovaya məxsus
mağazanı, Rumiyyə Gənciyevanın əl çantasını, Vüqar Nəbiyevə məxsus 700
manatı, Dinar Məmmədovanın 380 manat və mobil telefon olan pul kisəsini
oğurlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9667

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31