İqtidar qəzetləri Britaniya mediasına necə cavab verəcək?
Bəxtiyar Sadıqov: “Biz onlara heç əhəmiyyət vermirik, onda qala cavab verək”; Hikmət Babaoğlu: “Lazım gəlsə, cavab verəcəyik”
Britaniya mətbuatı son zamanlar Azərbaycan iqtidarı barədə silsilə
tənqidi məqalələr yayımlayır. Ölkə iqtidarının İngiltərədə ciddi lobbiyə
malik olmasına, BP-nin Azərbaycanda geniş şaxəli fəaliyyətinə
baxmayaraq, Britaniya mətbuatında gedən yazıları dayandırmağa gücü
çatmır. Təcrübə göstərir ki, bəzi ölkələrdə güclü lobbinin olması və
iqtisadi əməkdaşlıq məsələləri mediaya da nüfuz edə bilir. Yəni bu cür
silsilə xarakterli məqalələr təzyiq yolu ilə də olsa, dayandırıla
bilir.
detal isə adətən rəsmi mətbuatın bu məqamda nümayiş etdirdiyi
davranışdır. Yəni hökumət mediası xarici ölkələrdə iqtidar əleyhinə
aparılan əks-təbliğata özünəməxsus cavablar verirlər. “Vaşinqton Post”a
verilən silsilə cavablar, habelə Almaniya mətbuatının tənqidlərinə ölkə
barədə tənqidi yazılarla cavab “atəşi” buna misaldır. Bəs indi iqtidar
mediası nə planlaşdırır? Hökumət qəzetlərində Böyük Britaniya əleyhinə
yazılar dərc ediləcəkmi?
qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, dünyada
anti-Azərbaycan şəbəkəsi var və onlar daim Azərbaycan haqqında
şər-böhtan xarakterli məlumatlar verir: “Onlar çalışırlar ki,
Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirsinlər. Yalandan
Azərbaycanda korrupsiyanın tüğyan etdiyi barədə məlumatlar verirlər.
Onlar dünya erməniləri tərəfindən maliyyələşdirilib istiqamətləndirilən
qurumlardır. Bəzən isə Azərbaycana hər hansı təzyiq etmək məqsədilə
hansısa bir beynəlxalq qurumun açıqlamalarını görmək mümkündür. Bunların
mətbuatda görünməsi isə təəccüblü və qeyri-adi deyil”.
bildirdi ki, Azərbaycan son illərdə bir neçə sahədə uğur qazanıb və
qazanmaqda davam edir. Onun sözlərinə görə, korrupsiyaya qarşı
mübarizədəki uğurları, Asan Xidmət nümunəsi, Nato Parlament
Assambleyasının Azərbaycanda keçirilən sessiyası da buna misaldır. Onun
sözlərinə görə, son olaraq Azərbaycan prezidenti AŞPA-nın sessiyasında
çox qətiyyətli, prinsipial çıxış edib: “Xarakterik o idi ki, Azərbaycana
atılan şər-böhtanlara, ikili standartlarla etiraz etmədi, sadəcə,
onları ifşa etdi. Bizim prezidentin o qüvvələrə qarşı ifşaedici çıxışı
belə materiallara səbəb olub. Mətbuat azaddır. Yazılanlar isə bizim üçün
əsası olmayan, qərəzli bir yazıdır ki, biz ona heç əhəmiyyət vermirik,
onda qala cavab verək”.
qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə dedi ki, “Yeni Azərbaycan”
qəzeti Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olduğu üçün partiya öz
mətbuat siyasətini müəyyənləşdirərkən ciddi arqumentlərə söykənir:
“”Yeni Azərbaycan” qəzetinin ictimai diqqətə təqdim etdiyi bütün
mövzular da YAP-ın siyasi dəst-xəttinin nümunəsi kimi özünü göstərir. O
məsələ ilə bağlı lazım gələrsə, cavab verəcəyik. Yazılanlar barədə
məlumatımız var. Təkcə Böyük Britaniya mətbuatını yox, bütün tərəfdaş
ölkələrin mətbuat orqanlarını izləyirik. Son hadisə ilə bağlı da nəsə
yazmaq lazım olsa siz onu bizim səhifələrimizdə görəcəksiz”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9670