Həbsxanada yatan, narkotik çəkən məşhurlarımız
vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edildi. Sabunçu rayon
Məhkəməsi istintaq müddəti üçün onun barəsində 2 ay müddətinə
həbs-qətimkan tədbiri seçib və meyxanaçı Bakı İstintaq Təcridxanasına
yerləşdirilib. Meyxanaçının barəsində Cinayət Məcəlləsinin 234-cü
(narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb.
xəbər oxucuları o qədər də təəccübləndirmədi. Şou-biznes
nümayəndələrinin bir çoxlarının, eləcə də meyxanaçıların adı bu kimi
hadisələrdə tez-tez hallanır. Bir çox hallarda isə məşhurlarımızın ailə
üzvləri cinayətə bulaşır və həbsxana həyatı yaşamalı olur. Bizimyol.info
Lent.az-a istinadən son illərdə adı cinayət əməllərində hallanan,
həbsxanaya düşən məşhurları təqdim edir.
etdiyinə görə, həbs həyatı yaşayıb. Sonuncu dəfə həbsdən azadlığa çıxan
müğənni mətbuata açıqlamasında narkotikə “yox” dediyini, “tövbə”
etdiyini açıqlamışdı.
4-də həbs edilib. Səbəb isə Tunarın avtoşluq etməsi və polisin qanuni
tələbinə məhəl qoymaması idi. İdarə etdiyi “Mersedec” markalı
avtomobillə yol hərəkəti qaydalarını pozandan sonra sənədlərini
inspektora təqdim etməkdən imtina edən T.Rəhmanoğlu daha sonra barəsində
inzibati tədbir görülməsi üçün şöbəyə aparılmışdı. Məhkəmənin qərarı
ilə ona 10 sutka həbs və 1 il müddətinə sürücülük hüququndan da məhrum
olunması cəzası verildi. On gün həbs yatan ifaçı azadlıqdan çıxdıqdan
sonra mövzu ilə bağlı mətbuata açıqlama vermək istəmədi.
də yolu həbsxanadan keçib. O, Cinayət Məcəlləsinin dələduzluq (178-ci)
maddəsi ilə axtarışda olub. Bir müddət Moskvada yaşayan müğənni Xətai
Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa
cəlb edilmişdi. Lakin V,Əliyevin himayəsində 4 azyaşlı uşağın olması
nəzərə alınaraq, azadlığa buraxılıb.
bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın
20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında baş verib.
narkotikdən istifadə etdiyi üçün həbs olunanlardandır. Hətta o, 2010-ci
ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir
müddət həbsxana həyatı yaşayıb.
il aprelin 23-ü Xətai Rayon Məhkəməsində keçirilən prosesdə hökm
oxunaraq, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb kimi,
rejissorun Marianna Turabova adlı şəxsdən 150 min manat borcu olduğunu,
lakin pulu geri qaytarmadığı göstərilmişdi.
həbsxanadan keçənlərdəndir. A.idrisoğlu Bakı Şəhər Baş Polis İdarəsində
Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış cinayət işi
çərçivəsində həbs edilib. O, 2 ay həbs həyatı yaşayıb. O, bir qrup
şəxslə birgə şəbəkə biznesində təqsirləndirilir.
adı da cinayət əməlində hallanıb. Məlumatlara görə, ifaçının keçmiş
qonşusu polisə şikayət edərək bildirib ki, Cəmilə tanışı ilə birlikdə
yaşadığı Nizami rayonu ərazisində qonşusunun avtomobilini mənimsəyib və
bu yolla dələduzluq edib.
nümayəndələrinin adlarının bu kimi cinayətlərdə hallanması adi hala
çevrilsə də, onların doğmalarının da adları da az hallanmayıb.
yaşlı həyat yoldaşı ilə birgə saxlanılıb. Onlar 2013-ci il sentyabrın
29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham
olunub. Həbsxanaya salınan müğənnin bacısı buna dözməyərək, bir neçə gün
sonra, oktyabrın 9-dan 10-na keçən gecə Kürdəxanıdakı istintaq
təcridxanasında özünü asıb.
il həbs cəzasına məhkum edilib. K.Kazımov Cinayət Məcəlləsinin
178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və
178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə)
maddələri ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul
olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili
bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunub.
təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb olunub. E.İsmayılova
Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı
və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi
üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi,
əldə edilməsi, gizlədilməsi, verilməsi), maddəsi ilə ittiham olunmuşdu.
Hazırda azadlıqda olan Rəqsanənin bacısı xarici ölkədə yaşayır. Lakin
onun övladları da anasından geri qalmayıblar. Belə ki, E.İsmayılovanın
oğlanları Turan və Tural Səfərovlar ötən ay Bakının Nərimanov rayonu
ərazisində baş verən insident zamanı həbs olunublar.
hazırda həbsdədir. O, 2 dəfə azadlıqdan məhrum edilib. Onun ilk həbsi
1998-ci ildə olmuşdu. O, qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə
yetirmiş və məhkum olunmuşdu. Daha sonra azadlığa çıxan A.Kəsəmənli
yenidən istintaqa cəlb edilərək bu ilin mayın 19-da Bakı Ağır Cinayətlər
Məhkəməsində barəsində 8 il 4 ay həbs qərarı seçilib. O, 2013-ci il
sentyabrın 17-də qardaşı Reşat Kəsəmənli və dostu Valehlə toya
getdikləri zaman şöbəyə aparılıblar. Hadisədən bir neçə saat sonra Reşat
və Valeh buraxılsa da, Araz Cinayət Məcəlləsinin 234-cü (qanunsuz
olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə)
maddəsi ilə istintaqa cəlb edilib.
Cəzaçəkmə Müəssisəsində cəza çəkib və 2013-ci ilin dekabrın 11-də
azadlığa buraxılıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli
miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilərək 9
il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8
ilə endirib). Həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub.
barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə
cinayət işi açılıb. O, 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə
Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib.
Hazırda azadlıqdadır. E.Rəhmanov 2005-cı ildə “Azəri-star” mahnı
müsabiqəsinin iştirakçısı olub.
öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 14 il müddətinə
həbs cəzası almışdı. Lakin sənətkarın oğlu F.Quliyev uzun müddət vərəm
xəstəliyindən əziyyət çəkdiyi üçün 17.01.2012 tarixində dünyasını
dəyişib.
həbs olunan N.Paşayeva 20 yaşında azadlığa çıxsa da, yenidən oğurluq
səbəbi ilə həbs olunub. 2008-ci ilin 20 aprelində 6 il müddətində
azadlıqdan məhrum etmə cəzası ilə yenidən cəzaçəkmə müəssisəsinə
göndərilmişdi. Sonuncu dəfə isə narkotik üstündə həbs olunaraq 4 il 6 ay
müddətində azadlıqdan məhrum edilən N.Paşayeva bir neçə gün əvvəl
qaraciyər serozundan dünyasını dəyişib.
(quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə
ittiham olunub. O, Bakıda aptekə basqın etməkdə təqsirli bilinərək 14 il
müddətinə azadlıqdan məhrum edilmişdi. Xatırladaq ki, aptekə daxil olan
R.Məmmədov orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən
yumruqla xəsarət yetirərək, kassa aparatından 505 manat pul aparmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=9671