“AXC-nin varisiyəm “ – deyə bir iddiada olmasınlar gərək – AXC veteranı yazdı

17.07.2017 - 11:48

Məlum olduğu kimi, ilyulun 16-sı AXC-nin yaradılış günüydü. Bu hadisə 1989–cu ildə baş verib. AXC veteranlarından olan Aydın Şükür bu mövzuda məqalə qələmə alıb və AXC ilə bağlı mübahisələrə dair öz mövqeyni ortaya qoyub. Musavat.com Aydın Şükürün bizimsesimiz.info saytında çıxan yazısını təqdim edir:

 

AXC 16 ilyul 1989 –cutəşkilatlanmış Azərbaycan xalqının iradəsi ilə yarandı. Bu gün hər il dövlət səviyyəsində bütünlüklə xalqla və eyni zamanda segvi ilə qeyd edilməlidir.

Bizlər, o zamankı tariximiz dövründə yaşayıb həyatını şüurlu surətdə riskə atanlar, hərəkatın önündə gedənlər, rus imperiyasının ölüm maşınının ağzına özlərini dirigözlə atanlar, imperiyanın məhbəslərində zülm çəkənlər, ailələrini, ətrafını təhlükəyə atanlar, Azərbaycan xalqının milli iradəsi ilə müstəqilliyimiz uğrunda canından keçib Azərbaycanın özgürlüyünə nail olanlar heç kimdən heç nə tələb etmirik. Bircə onu tələb edirik ki, Azərbaycan xalqının möhtəşəm Milli Azadlıq mübarizəsinin üzərinə kölgə salmayaq. Xalqın şərəfli tarixini, müstəqillik mücadiləsini mənimsəməyək. Bir zamanlar mərhum Heydər Əliyev də AXC-nin üzvü olduğunu bəyan etmişdi və H.Əliyevin komandasında öndə olan, vəzifələrdə yer tutmuş bir çox məhşurlar da AXC-nin üzvü olmuşdular.

 

Xalqın azadlıq mücadiləsinə, mübarizə əzminə dəyər verək, xalqın yaddaşlarında öz şərəfli tarixi ilə əbədi qürur duymağına çalışaq, xalqın özünə, öz mübarizə əzminin heç vaxt əskilmdəyini yenə də özünə xatırladaq. Xatırladaq ki, bu tarixi duyğularımız və yaddaşımız, dövlətimiz nə vaxtsa hər hansı bir təhlükəylə üzləşərsə, Xalqı səfərbər etmə imkanlarına sahib olsun. Nəhayət, Xalqın mücadilə tarixini, Xalq Hərəkatı zamanı baş vermiş heç nəyə yaramayan hərəkatdaxili şəxsi intriqaların, fərdlərin şəxsi ambisiyalarından doğan mübahisələrin və konfliktlərin kölgəsinə aparıb pərçimləməyək. Belə davranış, həm Xalq, həm də dövlət olaraq şanımıza xələl gətirir. AXC bütün səhvləriylə, yanlışlıqlarıyla və uğurlarıyla Azərbaycan Xalqının iradəsindən doğan tarixi bir təşkilat olub. Xalqın gücü və imkanları nəyə çatıbsa, onu da bütün gücü və əzmiylə ortaya qoymağı bacarıb.

Gerçək tariximizə sahib çıxa bilməsək, dövlətimzə də sahib çıxa bilmərik. Xalqımızın gerçək və şərəfli tarixini , şəxsi ambisiyalarımızdan doğan ziyanlı mübahisələrimizin içərisində məhv etməyək. Azərbaycanın minlərlə övladı azadlıq uğrunda hərəkata qoşulanda, nə Elçi Bəyi tanıyırdı, nə AXC İdarə Heyyətinin üzvlərini, nə Heydər Əliyevi , nə digər öndə olan insanlarımızı. (“Əbülfəz Elçi Bəyin “Deyirdim ki. bu quruluş dağılacaq” kitabı : Ə,Elçi Bəy : səh.77 – ” Xalq Cəbhəsi məndən, mənim dostlarımdan ibarət deyil. Xalq Cəbhəsi Xalqın iradəsini əks etdirir.” ) Hərəkatın özü çalxalanaraq öndə gedənlərimizi sonradan önə çıxardı.Bölgələr üzrə ,özünü məntiqi , siyasi-ideoloji bilgisi ilə seçilən, cəsarəti ilə özünü təstiq edən , yerli əhalinin əksəriyyətinin dəstək verdiyi övladlarımız AXC-nin rayon və bölgə təşkilatlarına liderlik etdilər. Xalqın olan-qalan nə imkanı var idisə, o imkanı da ortaya qoymağı bacardı. Azərbaycanın minlərlə övladı, nə Elçi Bəyə , nə AXC İdarə Heyyətinin üzvlərinə, nə Heydər Əliyevə, nə də digər öndə olan insanlarımıza görə deyil, Azərbaycanın azadlığına, müstəqilliyinə və ərazi bütövlüyünə görə rus imperiyasının məhbəslərində zülmlərə düçar oldu, səngərlərə girib düşmənlə müharibə apardı, döyüşdü, şəhid oldu, sağlamlığını itirdi, məhrumiyyətlərlə üzləşdi və bu YOLu, özünün Namus, Şərəf işi saydı. Bundan qürur duydu, bu qürur hissi ilə yaşamaqda davam edərək , Vətənin , Millətin və Dövlətin uğrunda bütün varlğı ilə hər cür mücadiləyə bu gün də hazır olduğunu isbat etdi.

Azərbaycanın Xalq Hərəkatından formalaşmış, Xalqın iradəsi ilə yaranmış Azərbaycan Xalq Cəbhəsinin yaranma tarixindən 28 il ötür. AXC-nin əsl mahiyyətini xalqımıza bəyan eləmək hər bir hərəkatçımızın, vətəndaşımızın ümdə borcudur. AXC –yə “mən”imdir deyib dəyərini aşağılamaq olmaz. Bu cür davranış, fikrimcə, Xalqın şərəfli tarixini unutdurmaqdır. AXC Azərbaycan Xalqının iradəsinə söykənən və onun 100 ildə bir dəfə ortaya qoyduğu azman bir təşkilatlanmış Xalq Hərəkatının bətnindən doğuldu. Ə.Elçi Bəy yazırdı : Azərbaycan Xalq Cəbhəsi o zaman yarandı ki, millət qaldı təhlükənin altında. AXC-nin əsas vəzifələrindən biri də cəmiyyətin mənəvi cəhətdən sağlamlaşdırılması uğrunda çalışmaqdır !” (kitabı.səh.79)” Bəli , 1988-ci ildən təhlükə altında olduğunu duyan millət, vaxt itirmədən hərəkətlənməyə başladı. Bu hərəkətlənmə, Azərbaycan Xalq Hərəkatı halını aldı və Xalq təşkilatlanaraq öz təşkilatını , Azərbaycan Xalq Cəbhəsini yaratdı. Ə. Elçi Bəy yenə də yazırdı: AXC-nin gücü Xalqdadır və ancaq Xalqa arxalanır ! ”( səh. 78 .) Bu reallıqdan yanaşaraq, cəmiyyətimizin təhlükələrdən yayınıb müstəqil dövlət olmaq niyyəti ilə bir YOL başladıldı. Bu YOLun da yolbayı, Elçi Bəy oldu. Bu da, özünün dediyi kimi onun taleyinə düşmüşdü. AXC-dən sonra yaranmış ADP, AMİP, Müsavat, YAP, ASDP və adını sadalamadığım 50-dən artıq partiyaların üzvlərinin də üzərində AXC məsuliyyəti olub və hər birinin də AXC-nin yaranıb formalaşmasında müəyyən fəaliyyətləri, zəhmətləri var. Ə.Elçi Bəy deyirdi : “AXC heç kimin şəxsi intiqamını alacaq cəbhə deyil. AXC haqqın, ədalətin Cəbhəsidir !” səh.76. )

 

Gərəkirdi ki, Xalqın iradəsinə söykənən, Xalqın dəstəyinə arxalanan AXC bir müddət hakimiyyətə gəlməyəydi və cəmiyyətimizdə siyasətləşməni, partiyalaşmanı, demokratikləşməni həyata keçirmək istiqamətində Xalqın mütəşəkkilliyini qoruyardı. ( Ə.Elçi Bəyin “ Deyirdim ki, bu quruluş dağılacaq” kitabından:səh.79 ) Ə. Elçi Bəy; “Xalq Cəbhəsi kömək etməlidir ki, partiyalar yaransın “ “Partiyalaşma Xalq Cəbhəsinin məhvi deyil,əksinə, ümumilli hərəkatımız içərisində təşkilatlanma, siyasətləşmə, təfəkkürləşmə prosesinin inkişafıdır.” Həm AXC –dən, həm də AXC-nin dəstəyi ilə Azərbaycandakı partiyalar yarandı , formalaşdı.! Belə olmadıqda, AXC-nin missiyasını hələ 1992-ci ilin iyun ayında, prezident seçkilərindən dərhal sonra bitmiş hesab edib, Azərbaycan xalqın sarsılmaz müstəqillik mücadiləsini dəyərləndirərək tariximizə qızıl hərflərlə yazardıq. Təəssüflər olsun ki, bu cür addım atmağa nə tarixi şərait, nə də siyasi ambisiyalarımız imkan verməmişdir.

AXC 3 il 7 ay yaşadı. ” Onun gücü Xalqdadır və ancaq Xalqa arxalanır !” səhifə 76 :” AXC heç kimin şəxsi intiqamını alacaq Cəbhə deyil, AXC haqqın, ədalətin Cəbhəsidir ! “.) 1993-cü il iyun qiyamından sonra, 1995-ci ildə, zəifləmiş, Xalq iradəsinə söykənməyən, Xalqın dəstəyini itirmiş, lakin bütün mərhumiyyətlərinə baxmayaraq Azərbaycanda YAP-dan sonra yeganə mütəşəkkil təşkilat olan AXC qurultay keçirdi və təəssüf ki, AXCP adlanan bir partiyaya çevrildi. 2000-ci ildən başlayaraq isə, öz liderini itirmiş AXCP –də parçalanmalar baş verdi. Bir sıra üzvlərin kənarlaşması ilə yanaşı, AXCP-yə, KXCP-yə və BAXCP –yə bölündü. ( səhifə 79. Ə. Elçi Bəy: ”AXC Azərbaycan Xalqının ümumi hərəkatına dayandığına görə o, məğlubiyyətə uğrmayacaq. Əgər AXC Azərbaycan Xalq Hərəkatının tələbini kənara qoyub özü bir qurum kimi siyasi platforma ilə , siyasətbazlıqla məşğul olsa, məğlub olacaq. Yəni formanın dalınca getsə uduzacaq, mahiyyətin dalınca gedib ( mahiyyətsə budur—Azərbaycan Xalqı nə istəyir ?! Xalqın tələblərinə cavab verərsə, demək. AXC inkişaf edəcək !” ) AXCP də, KXCP də, BAXCP də özünə görə partiyadır və ictimai-siyasi həyatımızda hər birinin özünə məxsus mübarizə metodu, fəaliyyəti var. Hər biri bacardığı qədər təşkilatlanır, formalaşır. Hər üç patiyanın sədrinin də cəmiyyət içərisində özünəməxsus nüfuzu var. Bununla işimiz yox. Amma Bu üç partiyanın heç biri “AXC-nin varisiyəm “ – deyə bir iddiada olmasınlar gərək. Xalq Cəbhəsi məhfumunu dəyərdən salmaq, mahiyyətini kölgələmək, xalqın cəbhələşmə hüququnu mənimsəmək olmaz və olmaz !

***Bir daha 16 iyul (AXC) haqda. Təəssüf ki, AXC -nin düzgün qiyməti hələ də verilmir. Azərbaycan Xalq Cəbhəsi , Azərbaycan Xalqının bətnindən doğan bir təşkilat olub, Vətən dara düşdüyü məqamda yaranıb. AXC, görüntüsü və mahiyyətilə Vətənə xidmət rahatlığını , mənalı ömürü özündə əks etdirən bir təşkilat olub həmişə. Xalqın ağır günündən yaranmış , Qarabağ savaşının minlərlə özünü təsdiq etmiş əsgər və zabitini, minlərlə alimi,həkimi, mütəxəsisi, siyasətçini, minlərlə qəhrəmanlığını təsdiq etmiş Vətən övladlarını özündə birləşdirən, hamı üçün açıq qapı olan, minlərlə Şəhid vermiş, Xalqın azman bir təşkilatının şərəfli tarixini gizlətmək mümkün deyil. Bu tarixi ört-basır etmək, üzərinə kölgə salmaq, Xalqa, onun tarixinə,varlığına, haqlı olmasına qarşı həqarətdir, özünüdanmaqdır. AXC, Azərbaycan xalqının gerçək tarixdir. Amma AXC xalqa məxsus olan sevgi dolu bir təşkilat idi. AXC-ni tarixinin müzakirəsini ayrı-ayrı fərdlərin üzərində qurmaq, Xalqı aşağılamaqdır. Xalqın özünəinamını sarsıtmaq niyyətində olan dövlətlər var, şəxsi maraqları naminə bu niyyəti Azərbaycanda tətbiq edənlər var və təəssüflər olsun ki, cəmiyyətimizin daxilində buna nadanlıqdan,cahillikdən xidmət edənlər var. Bunlar istəmirlər ki, Xalqımız aktiv vətəndaşlıq mövqeyindən istifadə etsin , vətəndaş cəmiyyəti yaransın. AXC, Xalqın iradəsini ifadə edən, Xalqın öz Namusu, Şərəfi və Azadlığı uğrunda meydana qoyduğu milli iradəsini əks etdirən, var gücü ilə savaşan Azərbaycan Xalqının, təşkilatlanmış bir forması idi. Azərbaycan Xalqı,öz təşkilatı olan AXC-nin vasitəsiylə 1989-cu ildə dünyada İLİN XALQI adını qazanıb.
Azərbaycan Xalqı, 1991-ci ildə öz təşkilatı olan AXC-nin vasitəsiylə Dövlət müstəqilliyini əldə edib. Milli Ordumuzun təməlini qoyub.Azərbaycan Xalqı, 1988-92-ci ildə öz təşkilatı olan AXC-nin təşkilatçılığı ilə Qarabağ savaşında işğalda olan torpaqlarını bir çox hissəsini azad edib. O zaman Xalq, öz ağır günündə səngərini qazıb, cəbhəsini yaratmışdı. Xalq, öz qazancı olan Dövlətini qurmağı bacarsa da, Milli Hakimiyyətini qura bilməyib. O hakimiyyəti ki, Azərbaycanın hər bir vətəndaşına, vətəndaşlığına xidmət etməldir. Bunun üçün demokratik şəraitin olması vacibdir.
Xalq bütövlükdə meydanlarda olaraq öz qurduğu hakimiyyətə nəzarət etməzsə, Xalq da,mə
mləkət də, hakimiyyət də, Dövlət də rəzil vəziyyətə düşər. Bu prosesdən kənar qalan insanları da qınamaq Xalqın Azadlıq mücadiləsində gedən yolda işini ləngitməkdən başqa bir şey deyil. Namusumuz olan Vətən sevgisinin, Qeyrətimiz olan Dövlətə xidmət hissinin-həvəsinin, Mənəviyyatımız olan insan azadlığının kimlərdəsə olmaması Xalq üçün çox da faciəli məsələ deyil. Xalq həm də 5-10 min fərdlərdən ibarət ola bilməz. Xalqlar 5-3 ildən bir qalxmaz. 20-30-50 ildən bir qalxar, iradəsini ortaya qoyar və problemini köklü həll edər. Bu mənada deyə bilərik ki, AXC, Azərbaycan Xalqının şərəfli tarixidir ! Doğru düşünüb, doğru danışıb , doğru davranarıqsa Millətimiz sarsılmaz, Vətənimiz təhlükəyə düşməz, Dövlətimiz yenilməz !
cumhuriyyet.net
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96731

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930