İsmayıllıda direktorun şagirdinə təcavüzü

17.07.2014 - 19:04

İsmayıllı
rayonunun Kürtmaşı kəndində məktəb direktoru azyaşlı qıza təcavüz edib.
Kənd sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün
öncə açılıb.

Bu barədə axar.az-a kənd sakinləri
məlumat verib. Onların sözlərinə görə, bir neçə gün öncə A. adlı qız
evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən
qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb
olub:
“Qız toyu olmuşdu. Avqustun 2-də oğlan toyu
olmalıydı. Ancaq qız birdən-birə yoxa çıxdı. Anası Daxili İşlər
Nazirliyinin “102” xidmətinə müraciət etdi. Polis axtarışa başladı. Qız
yoxa çıxandan 3 gün sonra tapıldı və məlum oldu ki, onu məktəb direktoru
aparıbmış”.
Sakinlərkn sözlərinə görə, 56 yaşlı
Zahid Namazov İsmayıllı rayon Kürtmaşı kənd orta məktəbində fəaliyyət
göstərən qaçqın məktəbinə rəhbərlik edir. Kənd yaxınlığında qaçqınların
məskunlaşdığı 15-20 evdən ibarət “Göbələk” adlanan yaşayış massivində
yaşayır. Ağdam qaçqını olan direktorla A.-nın 3 ildən çoxdur ki,
münasibət varmış:
“Məktəb direktoru hazırda 18 yaşı
olan A.-ilə 13-14 yaşından bəri münasibətdə olub. Qız bildirib ki,
Zahid Namazov ona atalıq edir və guya mebel almağa aparıbmış. Necə
atalıqdırsa, ananın bundan xəbəri yoxdur. A.-nın öz atası rəhmətə gedib.
Direktorun qızın bakirəliyini bərpa etdirmək üçün həkimə apardığını
öyrənən camaat etiraza qalxıb”.
Kənd sakinləri
məktəb direktorunun əxlaqsızlığına göz yummaq fikrində deyil. Ötən gün –
iyulun 16-da 200 nəfərə yaxın kənd sakini rayon İcra Hakimiyyətində
olub və direktorun kənddən çıxarılmasını tələb ediblər:
“Zahid
Namazov nəinki məktəb direktoru işləyə bilməz, ümumiyyətlə kənddə qala
bilməz. Ancaq İcra Hakimiyyətində məsələyə soyuqqanlı yanaşıblar. Kənd
ağsaqqallarına deyiblər ki, sakitliyi qorusunlar, yaxınlarda tədbir
görəcəyik. Ancaq biz gözləmək niyyətində deyilik, bu əxlaqsızlığın
cavabı dərhal verilməlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9680

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31