Bakı meri məhkəmədə uduzdu

17.07.2014 - 19:14

“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova
qarşı qaldırdığım iddia ərizəsində Ali Məhkəmə mənim xeyrimə qərar
çıxardı”. 
Bunu aznews.az-a açqlamasında
əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov bildirib. O, qeyd edib
ki, hazırda Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin verəcəyi sənədi
gözləyir: “Əvvəlcə rayon məhkəməsi, sonra Bakı Apellyasiya Məhkəməsi
mənim xeyrimə qərar çıxarmışdı. Məhkəmə işlə bağlı mənə iki ay
müddətində qərar verməlidir. O qərara əsasən mənim hüququm bərpa
olunacaq. Yəni mən o qanuna əsasən Bakı Şəhər İcra Hakimiyyətindən
çıxarılan qərarın icrasını tələb edəcəm. Məhkəmə qərarlarını icra edən
idarə var, oradan sənəd alan kimi lazımı addımı atacağam. Hacıbala
Abutalıbov vəzifə səlahiyyətindən istifadə edərək mənə əlindən gələn nə
pislik vardısa, elədi. Amma qanun qarşısında aciz qaldı. Hacıbala o
qanundan kənar qaca bilmədi, bilməyəcək də”. 
Xatırladaq
ki, Şeyx Əbdül Mahmudbəyovun yaşadığı mənzilə “Qış bulvarı”nın
tikintisi zamanı ziyan dəyib. Dəymiş zərərin ödənilməsi ilə əlaqədar
aktyor Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9683

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31