Azərbaycanda müəllimlərin sayı 2 min nəfər azalıb

17.07.2014 - 19:19


 

Son 3 ildə Azərbaycanda müəllimləri sayı təxminən 2 min nəfər azalıb.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli
Qədirov APA-ya açıqlamasında deyib ki, ötən 5 ildə müəllimlərin sayında
daha ciddi azalma müşahidə olunub.

O qeyd edib ki, azalma müəllimlərə yaş senzinin tətbiqi,
müəllimlərin işə qəbulunda Təhsil Nazirliyinin mərkəzləşdirilmiş
müsabiqə mexanizminin tətbiqi ilə bağlıdır: “Bundan sonra müəllimlərin
sayında azalma daha çox olacaq. Çünki artıq vakansiyalar konkret təhlil
edilir, dəqiqləşdirilir, yalnız ehtiyac olduğu halda müəllimlər işə
götürülür. Bundan əlavə, monitorinqlər, müxtəlif tədbirlər vasitəsilə
peşəkar, bilik səviyyəsi yüksək olan müəllimlər məlum olur, onlarla
bağlı hesabat hazırlanır”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9685

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31