Avropa ölkələri xəritədən silinə bilər
xəbər verir ki, general Hodqes Rusiyanın Ukraynada vəziyyəti
gərginləşdirmək cəhdinin Qara dəniz ölkələri üçün ciddi təhlükə olduğunu
bildirib.
Moskva Türkiyəyə kimi irəliləyəcək…
çıxışında Avropanın şərqində ciddi proseslərin getdiyini bildirərək,
Rusiyanın artıq aktiv hücuma keçdiyini dilə gətirib. Onun sözlərinə
görə, artıq Rusiya yoxlama testinə keçib: “Rusiya reaksiya görməsə,
irəliləməyə davam edəcək. Məqsəd Qara dəniz ətrafında olan ölkələri
nəzarətə götürməkdir. Bu baxımdan rəsmi Moskva müqavimət görməsə,
Türkiyəyə kimi gələ bilər. Baxmayaraq ki, Türkiyə hər zaman sayıqlığını
saxlayıb”.
Avropa ölkələri xəritədən silinə bilər
Ukraynada baş verən hadisələrdə düşmən kimi davrandığını deyən Hodqes
Rusiya durdurulmasa, Avropanın başının üstünü qara buludlar alacağını
deyib: “Əgər Rusiya atdığı addımların cavabsız qaldığını, Qərbin buna
icazə verdiyini görərsə şərqi Avropa ölkələri xəritədən silinə bilər”.
dənizdə olan təbii ehtiyatlardan danışan general Hodqes bunun
mübahisəli olduğunu bildirib: “Qara dənizdəki ehtiyatlar mübahisəlidir.
Öncə nəzərə almaq lazımdır ki, sahil ölkələrinin özündən də çox bura
Avropaya hava-su kimi lazımdır. Çünki Qara dənizin dibində zəngin neft
və qaz yataqlarının olduğu artıq məlumdur”.
Dunaya nəzarət
olaraq general getdikcə artan rus təhlükəsinə toxunaraq zamanın Qərbin
xeyrinə işləmədiyini deyib: “Rusiyanın Dunay çayına getdikcə
yaxınlaşdığını nəzərə alsaq, vəziyyət heç də ürəkaçan deyil. 12 Avropa
ölkəsinin asılı olduğu bu çayın giriş-çıxışına Rusiya nəzarət edə bilər.
Dunay çayının sahilində olan bütün ölkələr NATO-nun üzvüdür. Bu
səbəbdən də məsələyə NATO vasitəsi ilə təzyiq olunmalıdır”.
NATO hərbi əməliyyatları və…
Qara dənizdə Türkiyə və digər NATO üzvlərinin iştirakı ilə hərbi
təlimlərin davam etdiyini xatırladaraq, bunu, NATO-nun Qara dənizdə
hərbi əməliyyatlar keçirmək iqtidarında olduğunun göstəricisi kimi
dəyərləndirdi: “Qara dəniz rus dənizi deyil. Rusiyadan başqa burada
Türkiyə, Rumıniya, Bolqarıstan, Ukrayna kimi ölkələr də var. Hərbi
təlimlər keçirmək onların hüququdur. Təlimlər göstərir ki, istənilən
vaxt NATO Qara dənizdə hərbi əməliyyatlara başlaya bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9686