Bayram Kürdəxanlının həbsinin əsl

17.07.2014 - 19:44

Gunxeber.com meyxanaçı Bayram Kürdəxanılının həbsinin səbəbləri ilə
bağlı yeni məlumatlar əldə edib. Məlub olub ki, məşhur meyxanaçının
həbsinin gerçək səbəbi heç də onun narkotik istifadəçisi olması deyil.

Qeyd edək ki, rəsmi məlumata görə, Bayram Kürdəxanılı iyulun 12-si
axşam Sabunçu rayon Polis Şəbəsinin əməkdaşları tərəfindən saxlanılarkən
onun üzərinə baxış kecirilib və şəxsi istehlak miqdarından artıq tiryək
aşkarlanıb.

İdarənin Narkotiklərlə Mübarizə şöbəsinə gətirilən Bayram Kürdəxanlınarkoman
olduğunu etiraf etsə də, tiryəklə bağlı iddianı rədd edib: “22 yaşımdan
çəkirəm. Məclislərdə mənə narkotik təklif edirlər ki, təbim gəlsin”.

1984-cü ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı APA TV-yə
vaxtilə ineksiya yolu ilə narkotik qəbul etdiyini, 2004-cü ildən isə
tərgitdiyini söyləyib: “Onun ağrıları çox pis olur”.

Sabuncu polisindən bildirilib ki, onun barəsində 2 ay müddətinə
həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı 234-cü (narkotik vasitələrin
qanunsuz dövriyyəsi) maddə ilə iş başlanıb.

Gunxeber.com-un məlumatına görə, əslində Bayram Kürdəxanlının həbsinə
meyxanaçı ilə Kürdəxanı bələdiyyəsinin sədri Sabir Əliyev arasındakı
problemlər səbəb olub. Məlumata görə, son vaxtlarda bir çox Kürdəxanı
sakinləri ilə S.Əliyev arasında torpaqla bağlı ciddi problemlər yaranıb.
Səbəbi dəqiq bilinməsə də, nə sirdirsə S.Əliyevlə problemləri olan
Kürdəxanı sakinləri bir müddət sonra həbs edilirlər. Belə şəxslərdən
biri də, Bakıda nüfuz sahibi olan Kürdəxanı sakini Hacı Tahirdir. Bundan
başqa daha bir neçə nəfərin həbs olunduğu bildirilir. Məlumata görə,
bələdiyyə sədrinin növbəti qurbanı isə Bayram Kürdəxanılı olub. Bir
müddət əvvəl S.Əliyevlə meyxanaçı arasında ciddi problem yaşanıb. Bundan
qısa müddət sonra isə meyxanaçı həbs olunub. Bir çox Kürdəxanı
sakinləri meyxanaçının həbsini bələdiyyə sədri ilə ədavətin nəticəsi
kimi qiymətləndirilir. Bayram Kürdəxanılını isə əksəriyyət yaxşı adam
kimi tanıyır. Meyxanaçı hər zaman özünə xətir-hörmət qazanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9688

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31