FİFA reytinq cədvəlində Azərbaycan üçün sürpriz

17.07.2014 - 19:52

FİFA reytinq cədvəlini açıqlayıb.
Axar.az FİFA-nın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan millisi 10 pillə irəliləyərək 410 xalla 73-cü yerdə qərarlaşıb.
Son Dünya Kubokunun sahibi Almaniya 1724 xalla ilk sırada yer alır. Argentina 1606 xalla ikinci, Hollandiya isə 1496 xalla üçüncü sırada qərarlaşır.
FİFA dünya sıralamasında ilk 10-luğa daxil olan ölkələr aşağıdakı kimi sıralanır:

1. Almaniya (1724)
2. Argentina (1606)
3. Hollandiya (1496)
4. Kolumbiya (1492)
5. Belçika (1401)
6. Uruqvay (1330)
7. Braziliya (1241)
8. İspaniya (1229)
9. İsveçrə (1216)
10. Fransa (1202)

Qeyd edək ki, Türkiyə yığması 3 pillə yüksələrək 714 xalla 32-ci, Gürcüstan 338 xalla 96-cı, Ermənistan isə 3 pillə geriləyərək 635 xalla 41-ci yerdə qərarlaşıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9690

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31