Polis rəisini bıçaqlayanlar azadlıqdadır

17.07.2014 - 20:28

“Anar Şıxəliyevin vəziyyəti yaxşıdır. Artıq işə də çıxır, növbətçi də qalır, yəni heç bir problem yoxdur. Düzdür, müalicəsi davam edir. Amma işə gəlir”.
Bu sözləri axar.az-a Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevin bıçaqlanmasından sonra səhhəti haqda danışan polis mayoru Mövlan Həsənov bildirdi.
M.Həsənovun sözlərinə görə, A.Şıxəliyev bıçaqlayanlar hələ də müəyyənləşməyib və onlar azadlıqdadır: “Cinayətkarların tapılıb həbs olunması istiqamətində iş gedir”.
Qeyd edək ki, bölmə rəisinə naməlum şəxslər tərəfindən hücum olunub. Hadisə 20 iyun gecə saat 12 radələrində Binəqədinin Xutor qəsəbəsi ərazisində baş verib. Dostunun “Mercedes GelРµnvagen” markalı avtomobilini idarə edən A.Şıxəliyevin qarşısını naməlum şəxslərin olduğu “Niva” markalı avtomobil kəsib.
Onlar maşından enərək avtomobilə taxta parçaları ilə zərbələr endirməyə başlayıblar.
A.Şıxəliyev bu şəxslərlə məsələni aydınlaşdırmaq istəsə də, onu əlindən bıçaqla vurub, hadisə yerindən qaçıblar. A.Şıxəliyev isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.
Güman edilir ki, cinayətkarlar A.Şıxəliyevin dostu ilə haqq-hesab çürütmək istəyiblər. Məhz maşını da onun idarə etdiyini zənn ediblər.
Xatırladaq ki, Binəqədinin yeni polis rəisi Namiq İsmayılov keçirdiyi ilk toplantıda bölmə rəisinə hücum edən şəxslərin qısa müddətdə tapılması üçün xüsusi tapşırıq vermişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=9692

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31