8 dövlətdən imperiya qurmuş məşhur azərbaycanlının ad günüdür

17.07.2014 - 20:30

Bu gün
Azərbaycan dövlətçiliyinin banisi Şah İsmayıl Xətainin doğum günüdür.
Azərbaycan tarixinin ən mühüm hissəsini təşkil edən Xətai xaqlımızın
adını tarixə yazmaqla yanaşı, Şərqin və dünyanın ən böyük
imperiyalarından birini qurub. Xətai ilə bağlı səslənən əsas fundamental
məsələlərə diqqət yetirək:

 

Şah İsmayıl Xətai – 14 yaşında hakimiyyətə gələn, 14
ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan
dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

 

Şah İsmayıl Xətai – ilk dəfə türk dilini rəsmi
dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi
hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki,
Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də
türk sözləri öz yerini tapıb.

 

Şah İsmayıl Xətai – ilk dəfə türk dilində heca
vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər
meydana gəldikdə şeiriyyətə öz damğasını vurmuş fars dili ikinci plana
keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi
yetişdi.

 

Şah İsmayıl Xətai – ilk dəfə güləşi döşək üzərinə
gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları
açılmışdı və Azərbaycana xas bu idman növü geniş yayılmışdı.

 

Şah İsmayıl Xətai – dahi strateq idi. Öz qoşunlarını
12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və
güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu
zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb
darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları
ilə həyata keçirəcək və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov
nalı” adını verəcəklər.

 

Xətayinin adının hallandığı əsas məsələlədən biri də “Çaldıran döyüşü”dür.

 

Atası II Bəyazid həyatda ola-ola özündən böyük qardaşlarını öldürərək
hakimiyyətə gələn üçüncü şahzadə – I Sultan Səlim isə ölkənin coğrafi
cəhətdən genişlənməsini, babası Fateh Sultan Məhəmmədin yolunu davam
etdirmək istəyirdi.

 

 Ancaq Şərqdə sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli
görünürdü. Belə olan halda, I Səlim və I İsmayıl arasında münasibətlər
çox kəskinləşdı. Əslində hər iki lider xilafətdən sonra möhtəşəm bir
imperiya yaratmaq arzusundaydılar.

 

Hər ikisi də  müqəddəs şəhərlərə və ümumilikdə Ərəbistana sahib olmaq istəyirdi.

Şərqi Anadolunu bürüyən qızılbaş təbliğatı və Asiyadan Avropaya gedən
ticarət yollarına nəzarət uğrunda mübarizə nəticədə 1514-cü il avqustun
23-də iki böyük türk dövlətinin Çaldıran düzündə üz-üzə gəlməsi ilə
nəticələndi.

 

 1513-cü ildə Anadoluda 40-45 min uşaqlı-böyüklü qızılbaşı qılıncdan
keçirtdirən Səlim Yavuz Səfəvi dövlətinə hücum etdi Sultan I Səlimin
başçılıq etdiyi Osmanlı ordusu arasında baş vermiş Çaldıran döyüşündə
Şah Ismayılın qoşunları məğlub oldu

 

Təsadüfi deyil ki, məhz Çaldıran savaşından sonra Osmanlı ordusu 
Misiri fəth etdi və  çox keçməmiş Hicaz, sonra da Yəmən, Əl-İhsən və
Ərəbistanın digər hissələrinə ələ keçirdi. Məkkənin dəniz qapısı olan
Ciddəyə, Misir, Hicaz və Əlcəzairin bir hissəsinə Sultan öz paşasını
başçı təyin etdi (Cevdet. Ahmed. Tarih-i vekaiya devlet-i aliye. vol.
1-12. Istanbul. Hicri 1271-1292. 12 vol). Yalnız 1555-ci ildə Osmanlı
dövləti ilə Səfəvilər  arasında  sərhədlərin tanınması barədə müqavilə
imzalandı.

 

Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi.

 

Özündən sonra qalan böyük Azərbaycan dövləti- Səfəvilər
təpədn-dırnağadək milli idi və sərhədləri Azərbaycan, İran, Ermənistan,
İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə
ərazilərini əhatə etmişdir.(publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=9693

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31