İsrail çimərlikdə oynayan uşaqları vurdu
Axar.az xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyinin sözcüsü İsrailin hücumları nəticəsində 9-12 yaş arası 4 uşağın öldüyünü açıqlayıb. Nazirlik rəsmisi hava hücumunda yaralananların da olduğunu deyib.
İsrail ordusundan verilən açıqlamada isə hücumun qəsdən təşkil olunmadığı bildirilib. Faciə olaraq xarakterizə edilən hadisənin araşıdırıldığı qeyd edilib. Ordu rəsmiləri hücumun hədəfində HƏMAS üzvlərinin olduğunu bildiriblər.
HƏMAS isə İsrailin “müharibə cinayəti” işlədiyini bildirərək BMT-nin hücumu qınamasını istəyib.
Qeyd edək ki, İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 226-ya, yaralılar isə 1673-ə çatıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9695