Məhşur YAP-çının nəvəsi həbs olundu

17.07.2014 - 20:41

Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək
Müfəttlişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbilovun oğlu
polisə müqavimətə görə, Masallı rayon məhkəməsinin qərarı ilə15 günlük
həbs olunub. 

Rayon sakinlərinin verdiyi məlumata görə, Sədi Əbilov rayonda
nömrəsiz və kustar üsülla hazırlanmış pərdədən istifadə edirərək “Niva”
markalı avtomobillə hərəkət edirmiş. Bu zaman Masallı DYP-nin
əməkdaşları onu saxlasa da, məmur oğlu yenə də polisə tabe olmaq
istəməyib. Polisə müqavimət göstərməyinə baxmayaraq onun idarə etdiyi
avtomobil cərimə meydançasına aparılıb və barəsində tədbir görülüb.

Rayon sakinlərinin verdiyi məlumata görə, Sədi Əbilovun belə bir
hərəkət etməsinə səbəb atasının vəzifədə olmasıdır.  Məlumat üçün
bildirək ki, Sədi Əbilov bir müddət öncə Masallı rayon İşıq idasəinin
satış şöbəsinin rəisi vəzifəsində çalışıb.  İşinin öhdəsindən gələ
bilmədiyinə görə, vəzifəsindən uzaqlaşdırılıb. 

Qeyd edək ki, Ərəstun Əbilov YAP-ın yaradılmasında əməyi olan
“91”lərdən biri olan Şirvan Əbilovun oğludu. Şirvan Əbilov eyni zamanda
uzun müddət YAP-ın masallı rayon təşkilatının sədri, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Masallaı rayon şöbəsinin rəhbəri olub. 

Xatırladaq ki, bu ilin may ayında Ruslan adlı şəxs Masallı rayon
polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidmətdə
olarkən bıçaqlayıb. Ruslanın Ərəstun Əbilovun yaxın qohumudu.

Short URL: http://www.cumhuriyyet.net/?p=9697

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31