"Məmurlarla bağlı mətbuatda gedən məlumatlar araşdırılır"
“Dövlət məmurları və onların ailə üzvləri ilə bağlı mətbuatda gedən
məlumatlar qərəzli deyilsə, tərəfimizdən araşdırılır, araşdırılacaq və
müvafiq tədbirlər göruləcək”.
Trend xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib.
Onun
sözlərinə görə, kütləvi informasiya vasitələrində bəzi vəzifəli şəxslər
və onların ailə üzvləri ilə bağlı məlumatlarda hüquqi tərəflərlə
yanaşı, etik məsələlər də var: “Prezident İlham Əliyev də çıxışlarında
dəfələrlə bu məsələyə toxunub. Dövlət qulluqçularının etik davranış
kodeksi var. Hər bir dövlət qulluqçusu, vəzifəli şəxs özünə, öz ailəsinə
qarşı bu məsələlərdə həssas və diqqətli olmalıdır. Kiminsə bahalı
maşını varsa, onun şəklini çəkib internetə qoyubsa, bunun hüquqi
araşdırılmasına ehtiyac yoxdur. Əks halda gərək daim elə yalnız bu işlə
məşğul olaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9698