Bakcell soyğunçuluğu

18.07.2014 - 01:08

Neçə aydır, “Bakcell” şirkətinin abunəçiləri nömrələrinə
yüklənilən danışıq kartlarının yüklənib-yüklənmədiyini öyrənə bilmirlər

 

Respublikamızın ilk mobil
operatorunun texniki problemlərin əlində aciz qalması barədə xəbərləri
dərc etsək də, təəssüf ki, şirkət hələ də çatışmazlıqlarını aradan
qaldırmaq niyyətində deyil. Qeyd edək ki, ağunəçilərin əsəbləri ilə
oynayan “Bakcell” şirkətində ən yüksək səviyyəli keyfiyyətli xidmətdən
söhbət belə gedə bilməz. Çünkirespublikamızın ilk mobil operatoru olan
“Bakcell” şirkəti son vaxtlar istifadəçilərini çətinliklərlə üzləşdirib.

Belə
ki, şirkətin göstərdiyi xidmətin səviyyəsi qat-qat aşağı düşüb. Təəssüf
ki, bəzi telekanallarda özünü hər gün reklam edən, “Dəyişək, inkişaf
edək” devizi altında müştəri qazanmağa çalışan şirkətin fəaliyyəti heç
də reklamda göründüyü kimi deyil. Məsələ burasındadır ki, mobil operator
haqqında az qala hər gün müxtəlif şikayətlər olunsa da, tədbirlər
görülmür. Şikayətlər müxtəlif xarakterli olsa da, onları bir neçə qrupda
ümumiləşdirmək olar. İlk öncə qeyd edək ki, milyonları aldadan şirkət
niyə vədlərə yalançı çıxır. Əfsuslar olsun ki, “biz hər zaman
müştərilərimizə onların gözlədiklərindən daha çox fayda verəcəyik”
vədlərini verən şirkət hələ də abunəçilərinə yalanlar sırımaqdadır.
Artıq neçə aydır, “Bakcell” şirkətinin abunəçiləri nömrələrinə
yüklənilən danışıq kartlarının yüklənib-yüklənmədiyini öyrənə bilmirlər.
Qəribədir, “biz hər zaman müştərilərimizə onların gözlədiklərindən daha
çox fayda verəcəyik” yalançı vədlərini verən şirkət niyə aylardır, bəzi
mobil nömrələrin üzləşdiyi problemləri həll etmir? Hər dəfə bu nömrəyə
danışıq kartı yüklədikdə şirkət “Zəhmət olmasa gözləyin, sorğunuza cavab
veriləcək” şablon sorğusu ilə bizi saatlarla gözləməyə məcbur edir.
Hansı ki, danışıq kartının yüklənib-yüklənmədiyi haqda məlumat nömrəyə
dərhal göndərilməlidir. Lakin saatlarla gözləsək də, bunun şahidi
olmuruq. Həmin səbəbdən də “*100#yes” xidmətindən istifadə etməli
oluruq. Abunəçiləryüklədikləri sirli kodların yüklənib-yüklənmədiyini
öyrənmək üçün düz 1 saat gözləməli olurlar. Nömrələrə “sizə cavab
veriləcək” şablon bildirişi gəlir. Amma həmin danışıq kartlarının
balansı yüklənib-yüklənmədiyi sonrakı 1 saat ərzində məlum olmur. Yaxud
başqa misal: – dünən Mobil nömrəmizə “220 123 9254 29396” sirli kodunu –
1 manatlıq danışıq kartını yüklədik. Bundan bir neçə saat sonra
nömrəmizə “2222”-dən hansı bildiriş gəlsə yaxşıdır: “Hörmətli abunəçi,
yüklədiyiniz məbləğin etibarlılıq müddəti 3 günə bitəcək, nömrəniz
ikitərəfli bağlanacaq. Lütfən balansınızı artırın, dostlarınızla
ünsiyyətdə olun”

Short URL: http://www.cumhuriyyet.net/?p=9704

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31