Millət vəkili Adil Əliyev 22 iyul Milli Mətbuat günü ilə bağlı jurnalistləri təbrik edib
Millət vəkili, Kikboksinq Federasiyasının rəhbəri Adil Əliyev Milli Mətbuat günü ilə bağlı jurnalistlərə təbrik ünvanlayıb.
Musavat.com həmin təbriki dərc edir: “Əziz dostlar, əziz mətbuat nümayəndələri. Sizi 22 iyul Milli Mətbuat günü münasibətilə səmimi qəlbdən təbrik edir, olduqca şərəfli,məsuliyyətli vəzifənizdə uğurlar yeni yeni nailiyyətlər arzulayıram.İnanıram ki, “Əkinçi” qəzetinin nəşri ilə dünyaya göz açan Azərbaycan milli mətbuatı gələcəkdə daha yüksək zirvələri fəth edəcək. Çünki ölkəmizdə azad sözə,azad fikrə,müstəqil mediaya hər zaman hörmətlə yanaşılmış,media sahəsinin inkişafı üçün hər cür şərait yaradılmışdır. Bu günlərdə bunun növbəti təzahürünün şahidi olduq.
Cənab prezident jurnalistlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti təqdirəlayiq addım atdı ki,məhz bunun nəticəsində 255 ailə yeni mənzillə təmin olundu. Jurnalistlər üçün inşa olunan yeni binada mənzil sahibi olan hər bir jurnalistimizin sevincinə şərik oluram. Əzizlərim, heç vaxt çəkilən zəhmət yerdə qalmır və nə zamansa onun bəhrəsini görürsən. Bu gün də sizlər illərlə çəkdiyiniz əziyyətin,zəhmətin bəhrəsini gördünüz. Bir daha bu yolda sizə bol-bol uğur,dünyada gedən informasiya müharibəsində daim qalib olmağı arzu edirəm. Bu dəfə mənzil arzuları gerçəkləşməyən jurnalistlərə səbrli olmalarını arzu edirəm. Rəhbərlik etdiyim Azərbaycan Kikboksinq Federasiyasının kollektivi adından sizin bizə olan diqqətinizi, o cümlədən bizimlə əməkdaşlığa verdiyiniz önəmi daim yüksək qiymətləndirir,sizlərə sonsuz sevgilərimizi çatdırıram. Bayramınız mübarək!”.
Short URL: http://www.cumhuriyyet.net/?p=97071