Ukraynada təyyarə vuran rusların səs yazısı yayıldı
Ukrayna təhlükəsizlik xidməti rusiyameylli döyüşçülərin vurulmuş təyyarə ilə bağlı danışıqlarını əldə edib. Məlumata görə, danışıqlarda bir neçə terrorçu Ukraynanın şərqində vurulmuş təyyarə haqqında danışır. Saat 16:33-də “Mayor” çağırışlı döyüşçü vurulmuş təyyarə haqqında “Yunan” çağırışlı başqa döyüşçüyə məlumat verir.”Bu “çernuxinskilər” təyyarəni vurub saldılar… Kazaklar, hansı ki,
Çernuxinoda dururlar. Təyyarə havada dağıldı, “Petropavlovsk” şaxtası
ərazisində. Birincini “ikiyüzüncünü” tapdılar. Qadın idi. Mülki
təyyarədir” – deyə o, məlumat verir.
40 dəqiqə sonra – saat 17:42-də o, təsdiq edir ki, vurulmuş təyyarə mülki təyyarə idi: “Daha qısası, yüz faiz mülki bortdur”.
Qarşılıqlı suallar səslənir: “Çox insanlar var idi orda?”
“Hə” – müsbət cavab verir.
Təyyarədə silah olub-olmadiği ilə bağlı suala belə cavab verir:
“Ümumiyyətlə, heç nə – hamısı mülki şeylərdir, tibbi şeylər, dəsmallar,
belə, tualet kağızı”.
Həmçinin “Mayor”un sözlərinə görə, avialaynerin qəza yerindən
İndoneziyadan olan tələbənin sənədləri tapılıb. O, Tompson
Universitetində oxuyurmuş.
Bundan başqa, yazıda Rusiya Federasiyası
vətəndaşı, “Bes” ləqəbli İqor Bezleranın danışıqları var. “Bes” vurulmuş
təyyarə barədə Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin
polkovniki Vasiliy Qeraninə məlumat verir.
“İndicə təyyarəni
vurdular. “Minera” qrupu. Yenakiyevoya düşdü… Axtarmağa və təyyarənin
şəklini çəkməyə getdilər. Tüstülənir” – deyə Bezler saat 16:40-da
Qeraninə bildirir.
“Neçə dəqiqə əvvəl?” sualına o, belə cavab verdi: “30 dəqiqə haradasa”.
Danışıqların
yazısını axşam Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı
Valentin Nalivayçenko brifinqində elan edib. O, təsdiq edib ki, faciə
Ukraynanın ərazisində 16:20-də olub (ANS).
Short URL: http://www.cumhuriyyet.net/?p=9708