Quba icra hakimiyyəti ilə baş redaktorun məhkəmə davası başlayır
Son vaxtlar jurnalistləri yazdıqları yazıya görə məhkəməyə
verilmə faktları dəb halını alıb. Elə Quba
rayon məmurunun jurnalisti məhkəməyə verməsi də bu kimi faktlardandır. Çox
maraqlıdır ki, Qubanın icra başçısının müavini Afət Həsənovanın jurnalisti xüsusi ittiham qaydasında məhkəməyə verməsi
prezident İlham Əliyevin Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə təqib
olunmamsı haqqında ATƏT və Avropa Şurasının yüksək tribunalarından verdiyi bəyanatlara
tamamilə ziddir.
Xatırladaq ki,Azerbaycaninfo.com saytının baş redaktoru Subut Mehdiyev Quba rayon icra
hakimiyyəti başçısının müavini Afət Həsənova tərəfindən xüsusi ittiham
qaydasında məhkəməyə verilib. Baş redasktorun sözlərinə görə, məhkəmə çəkişməsinə səbəb olan yazı Azerinews.tv saytına istinadən əməkdaşlar tərəfindən Azerbaycaninfo.com saytına yerləşdirilmiş yazıdır.Azerinews.tv saytı sözügedən
yazıya təkzib vermiş və yazının müəllifini işdən uzaqlaşdırmışdır. Bu məsələAzerinews.tv saytının həmin yazıyla bağlı verdiyi təkzibdə öz əksini
tapmışdır. Biz də Azerbaycaninfo.com saytı olaraq istinad etdiyimiz Azerinews.tvsaytında gedən yazıya təkzib verdik və peşə davranış qaydalarını pozan əməkdaşların
belə hərəkətlərini qınadıq. Ancaq Quba
rayon icra hakimiyyətininictimai-siyasi və humanitar məsələlər
üzrə müavini Afət Həsənova məni xüsusi ittiham qaydasında məhkəməyə verib. Xüsusi
ittihamçı şikayətində göstərib ki, barəsində xüsusi ittiham qaydasında şikayət
verilən şəxs tərəfindən onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun pozulması
ilə əlaqədar 01.07.2014-cü il tarixdə “Azerbaycaninfo.com” saytında “Qubanın
icra başçısının müavini onun sevgilisidir?” sərlövhəsi altında məlumat dərc
olunub. Həmin məlumatda onun şərəf, ləyaqət
və işgüzar nüfuzu təhqir olunmuş, o sarsıntı keçirmiş və bununla da mənəvi təhqirə
məruz qalıb. Çox təəccüblüdür ki, xüsusi ittihamçı Azerinews.tv-də gedən yazıya
münasibət bildirmir, ona istinadən məqaləni saytında yerləşdirən
Azerbaycaninfo.com agentliyini və Subut Mehdiyevi ittiham edir.Nəzərə almaq
lazımdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs
jurnalistdir və onun ifadə azadlığı, məlumat yaymaq azadlıqları var. Bu cür
şikayətin hər hansı ölçüdə və formada təmin edilməsi totalitarizmdən və
avtoritarizmdən imtina edərək demokratik inkişaf yolunu seçmiş Azərbaycanda ən
mühüm insan haqlarından biri olaraq Konstitusiya ilə və Azərbaycanın tərəf
olduğu beynəlxalq aktlarla, o cümlədən, Avropa İnsan Haqları Konvensiyasının
10-cu maddəsi ilə qorunan ifadə azadlığına zərər vuracaqdır. Qubanın icra
başçısının müavini olan Afət Həsənovanın jurnalistə qarşı xüsusi ittiham
qaydasında şikayət verərək onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməsi
jurnalistin ifadə azadlığına qarşı basqı kimi qiymətləndirilməlidir. Avropa
İnsan Haqları Məhkəməsi öz qərarlarında ifadə azadlığının gərəkliliyi dəfələrlə
vurğulayıb. İfadə azadlığını məhdudlaşdırarkən dövlət arxayın olmalıdır ki, bu
məhdudlaşdırma “demokratik toplumda zəruru” olmaq sınağından keçə bilməlidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9710