Əliyevin sözçüsündən ittihamlara cavab
Dövlət başçısının sözçüsü Azər Qasımov offşor zonalardakı şirkətlər
vasitəsilə ölkədə bir sıra müəssisələrin Ilham Əliyevin ailə üzvlərinə
məxsusluğu barədə ittihamlara cavab verib. O, “BBC Azərbaycanca”ya
açıqlamasında bu qəbildən olan məlumatlarda Ilham Əliyevin qızlarının
adının çəkilməsini “şər və böhtan” adlandırıb: “Orada yazılan ayrı-ayrı
materiallarla bağlı cənab prezidentin ailə üzvlərinin heç bir bağlantısı
yoxdur”.
Yeni əldə olunmuş sənədlər Leyla və Arzu Əliyevaların offşor
qeydiyyatlar və biznes sahiblər vasitəsilə Azərbaycanda böyük mobil
telefon biznesinə bağlı olduğunu göstərir. Bu sənədlər “Azadlıq” radiosu
və Mütəşəkkil Cinayət və Korrupsiya Araşdırmaları layihəsinin birgə
araşdırmaları nəticəsində üzə çıxıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9717