Azərbaycan rəssamı Avropa Akademiyasının üzvü oldu

18.07.2014 - 10:11

UNESCO Rəssamlar Assosiasiyasının üzvü Sakit Məmmədov
“Euromedika-Hannover 2014” XIII Beynəlxalq tibb konqresində Avropa
Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki adına layiq görülüb.
“Azadlıq” radiosunun məlumatına görə, o, bu adı dünya mədəniyyətinə və
təsviri sənətə töhfəsinə görə alıb. Bakı şəhər Mədəniyyət və Turizm
Idarəsi onun bu fəxri ada layiq görülən ilk azərbaycanlı olduğunu
bildirir.

Sakit Məmmədov 1958-ci ildə Neftçalada doğulub. Əzim Əzimzadə adına
Rəssamıq məktəbini, I.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq
Akademiyasının Rəngkarlıq fakültəsini bitirib. O, Azərbaycanın əsərləri
ən baha satılan rəssamıdır. Rəssamın əsərləri Istanbul, Krakov, Vyana,
Stokholm, Moskva, Florensiya və s. şəhərlərdə keçirilən sərgilərdə
nümayiş olunub. Dünyanın bir çox məşhur rəsm qalereyalarında və şəxsi
kolleksiyalarda Sakit Məmmədovun əsərləri var. Sakit Məmmədov Roma
Papası II Iohan Pavelin, Monika Beluççinin, Şahzadə Diananın, Acda
Pekkanın portretlərinin çəkib.

Papanın portreti Vatikanda saxlanılır. 2013-cü ildə Sakit Məmmədov
dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə Rusiyanın
“Min ilin adamı” medalına layiq görülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9719

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31