İŞİD-in komandanlığı Səddamın keçmiş zabitləridir
“Xilafət” barəsində sensasiyalı iddiaların sayı-hesabı bitmir…
“Xilafət” barəsində sensasiyalı iddiaların sayı-hesabı bitmir…
İraq
və Suriya ərazisində “İslam Dövləti” elan edən İŞİD indi dünyanın
diqqət mərkəzindədir. Daha əvvəl yalnız törətdiyi qətliamlar, kütləvi
qətl və edamlarla gündəmə gələn təşkilat İraqda keçən ay fəallaşdıqdan
sonra maliyyə imkanları, satdığı neft, arxasındakı qüvvələr və ən əsası
rəhbərliyindəki mübhəm adamlarla gündəmə gəlir. Bir çox ekspertlərə
görə, regional və beynəlxalq güc mərkəzləri İŞİD və onun İraqdakı
fəaliyyətlərindən öz maraqları naminə faydalanmağa çalışır. Xüsusən də
ABŞ-ın İraqla müttəfiq olmasına rəğmən İŞİD məsələsində müşahidəçi kimi
çıxış etməsi ortada bir sıra cavabsız suallar qoyur.
Ankaradakı
“Bilgesam” Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı İŞİD-in əsas
liderləri haqda bəzi məlumatları təqdim edib. Yeri gəlmişkən, bugünlərdə
mətbuatda keçmiş ABŞ kəşfiyyatçısı Eduard Snoudenin İŞİD lideri Əbu
Bəkr əl-Bağdadi haqda maraqlı açıqlaması verilib.
İslamazeri.az-ın
“Globalresearch” saytına istinadən verdiyi xəbərə görə, Eduard Snouden
İŞİD terror təşkilatının MOSSAD, Britaniya və ABŞ kəşfiyyatı tərəfindən
yaradıldığını bildirib. Kod adı “Arı Yuvası” olan plana əsasən dünyanın
müxtəlif ölkələrindən terrorçuların İŞİD-ə cəlb edilməsi üçün zəmin
yaradılıb.
Əsas hədəflərinin İsrailin qorunması
olduğunu bildirən Snouden İsrailin qorunması üçün yeganə həll yolunu bu
üsulda gördüklərini vurğulayıb. Əbu Bəkr əl-Bağdadinin isə MOSSAD
tərəfindən intensiv hərbi və natiqlik təlimləri aldığını qeyd edib.
O.Qafarının
verdiyi məlumatda isə qeyd olunur ki, İŞİD-in iki qərarverici orqanı
mövcuddur. Bunlar Xəlifə Yanında Ümumi Şura və Hərbi Şuradır: “Zəbt
etdikləri torpaqlarda ümumi şəriət hökmləri iqtisadi və siyasi məsələlər
Ümumi şurada müzakirə olunur. Bu şuranın gizli olmayan siyasi çəkili
liderləri aşağıdakı şəxslərdir: “xəlifə” Əbu Bəkr əl-Bağdadi 1971-ci
ildə doğulub. 2004-cü ildə ABŞ hərbi qüvvələri tərəfindən tutulub.
Tutulmazdan öncə Bağdadda Fəllucə şəhərində məscidlərdə axundluq edib.
Üç il həbsdə olduqdan sonra sərbəst buraxılıb. İraq İslam Dövləti adında
hərbi qruplaşma yaradaraq ona rəhbərlik edib.
İŞİD-in
ikinci önəmli lideri Əbu Eyman əl-İraqidir. Əbu Eyman əsl adı Əbu
Muhannad Suveydavidir. Saddam ordusunun hərbçilərindən olub. 2007-ci
ildə İraq mərkəzi hökumətinin qərarı ilə həbs edilib. Həbsdən çıxdıqdan
sonra Suriyaya yollanmış Hələb Laziqiyyədə hərbi qruplaşmalara
komandirlik edib. İŞİD Hərbi Şurasının dörd önəmli komandirlərindəndir.
Bu gündə İŞİD Suriya torpaqlarının əmiridir.
Üçüncü
önəmli şəxs Əbu Əhməd Əlvanidir. Əlvani Səddam ordusunun önəmli
komandirlərindən olub. İŞİD-in strateji hərbi planlaşdırılmalarını Əbu
Əhməd Əlvani aparır.
Dördüncü önəmli isim Əbu
Fatima Cəhəyşidir. İraq ordusunun komandiri olub sonra ayrılıb, uzun
zaman Kərkükdə yaşayıb. Hazırda Şimali İraqda Kürt və Türkmən
ərazilərinin rəhbəridir. Şimali İraqın neft yataqları Cəhəyşinin
nəzarətindədir.
Beşinci komandir gürcü əsilli,
Pankisi dərəsində İslamı qəbul etmiş Ömər əl-Şişanidir. İŞİD-in ən
qorxunc əməliyyatlarını aparan ismi olaraq tanınır. Və xaricdən gələn
cihadçıların əmiridir. İŞİD Hərbi Şurasının üzvüdür.
Yeri
gəlmişkən, qeyd edək ki, bugünlərdə axar.az saytında 45 alimin “İslam
Dövlətinin xəlifəsi” Şeyx Bağdadiyə beyət etməsi haqda məlumat dərc
olunub. Maraqlıdır ki, adları açıqlanan siyahıda tanınmış “əl-Qaidə”
üzvlərinin olması da diqqət çəkib.
Short URL: http://www.cumhuriyyet.net/?p=9720