Ağ Evdə fövqəladə vəziyyət
Axar.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama və ailəsinin yaşadığı Ağ Evdə şimal bağçasının divarına yaxın yerdə qoyulan paket Prezident iqamətgahında əməlli-başlı çaxnaşma yaradıb.
Şübhəli paket tapılandan sonra Ağ Evdə fövqəladə vəziyyət elan edilib və bütün giriş-çıxışlar bir müddətlik dayandırılıb. Təhlükəsizlik tədbirləri həyata keçirilib və heç bir bədbəxt hadisə baş verməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=9724