Ərdoğan: “Rusiya ilə S-400 imzaları atılıb”

26.07.2017 - 10:03

Türkiyə prezidenti Ərdoğan, Türkiyə ilə NATO arasında gərginliyə səbəb olan S-400 raketlərinin alınmasilə əlaqədar Rusiya ilə razılaşmanın imzalandığını deyib.

Aprel ayında, sabiq milli müdafiə naziri Fikri İşık raketlərlə bağlı bu müqavilənin yekun mərhələsinin gəlindiyini deyib.

Prezident Ərdoğan, Böyük Millət Məclisində AKP partiyasının qrup iclasında çıxışı zamanı deyib ki, “İnşallah S-400 raketlərini ölkəmizdə görəcəyik”.

“Niyə S-400 raketləri gərginliyə səbəb olsun? Bir ölkə öz təhlükəsizliyilə bağlı ən ideal axtarışı etmək vəziyyətindədir”, o deyib.

“Biz illərdir ABŞ ilə bu cür şeylərdə istədiyimizi edə bilmiriksə, bu cür axtarış içində olmaq vəziyyətindəyik. Və bu axtarışın bir məhsuludur. Bu da NATO. İllərdir NATO ölkəsi olan Yunanıstan S-300-ləri istifadə edir. Niyə narahat olurlar?”,- Ərdoğan sual edib.

Ərdoğan qeyd edib ki, hazırda Rusiya Federasiyası ilə bu məsələ ilə bağlı addımlar atılıb.

“…imzalar atıldı və inşallah S-400 raketlərini ölkəmizdə görəcəyik. Və bunları ortaq istehsal da edəcəyik”, – deyə o əlavə edib (BBC).

Short URL: http://www.cumhuriyyet.net/?p=97259

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31