Kəlbəcərli girovdan erməni pasportu çıxıb?

18.07.2014 - 13:52

Ermənilər pasportun 2007-ci ildə verildiyini iddia edirlər

Ermənilər pasportun 2007-ci ildə verildiyini iddia edirlər

Kəlbəcərdə
doğmalarının qəbirlərini ziyarət etməyə gedərkən tutulan
azərbaycanlılardan birində Ermənistan pasportu tapılıb. ANS PRESS-in
məlumatına görə, bu barədə iddiaları erməni mətbuatı bu gün yayıb.

İddiaya
görə, Kəlbəcərdə saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin
üzərindən qızıl və avro əskinasları, eləcə də Ermənistan pasportu
tapılıb.

Ermənilər iddia edir ki, bu pasport 2007-ci ildə Xankəndində verilib.
Xatırladaq
ki, 3 azərbaycanlı – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov
işğal altında olan torpaqlardakı yaxınlarının məzarlarını ziyarət üçün
getdikləri Kəlbəcərdə tutulublar. Onlardan biri – Həsən Həsənovun
öldürüldüyü bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9738

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31