İşğal altındakı ərazilərimizdə təbii sərvətlərin qiymətləndirilməsinə başlanıb

18.07.2014 - 13:55

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən
işğalı nəticəsində məruz qaldığımız itki və tələfatların
qiymətləndirilməsi üzrə İşçi Qrupunun (İQ) qərargahında toplantı
keçirilib. İQ üzvlərinin və qiymətləndirmə üzrə dəvət olunmuş
mütəxəssislərin iştirakı ilə Ermənistan silahlı qüvvələrinin nəzarəti
altındakı ərazilərdə təbii sərvətlərin qiymətləndirilməsi ilə bağlı,
həmçinin də hesabat xarakterli növbəti müzakirə keçirilib
(karabakhinfo.com).
Tədbirdə İQ-nin geologiya
üzrə mütəxəssisi Mirzəli Fətəliyevin hesabat xarakterli geniş məruzəsi
dinlənilib və ətraflı müzakirə aparılıb. Müzakirə iştirakçıları İQ-nin
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
nəzdində ətraf mühit və təbii sərvətlərə dair İnformasiya-Arxiv Fondunun
materialları əsasında qiymətləndirilməsi üçün məqbul olan baza
sənədlərinin tam surətdə kifayət edəcəyini qənaətbəxş hesab ediblər.
Beləliklə, işğal altında olan ərazilərdə təbii sərvətlərimizə dəyən
zərərin qiymətləndirilməsinə start verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9739

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31