Mübariz Ağayevin yarım milyondan artıq taxıl maxinasiyası
Qubada bu il buğda əkini üçün ayrılmış 678.587.20 manat vəsaitin böyük bir hissəsi rayon rəhbərliyinin “xeyir-duası” ilə mənimsənilib
Bu barədə mövcud olan sənədlə göstərir ki, 01 dekabr 2013-cü il tarixli sənədə əsasən bu il rayon üzrə 4297 nəfər cəmi 14804,6 hektar buğda səpini aparıb: “Və buna görə onlara cəmi 678.587.20 manat yardım edilib. Lakin sənədlərdə yer alan bəzi rəqəmlərlə real buğda istehsalı arasındakı təzadlı faktlar ortaya ciddi şübhələr çıxarıb. Birmənalı şəkildə demək olar ki, Qubada icra nümayəndələri və bələdiyyə rəhbərliyindən ibarət olan 20 yerli komissiyanın tərtib etdiyi sənədlərin hər birində müəyyən talama izləri açıq görünür. Məsələn, Xucbala, 1 və 2-ci Nügədi, Alpan, Vədvələ, Zərqava kəndləri üzrə rəqəmlərin ciddi araşdırılması prosesi gedir. Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu araşdırmalarının nəticələrini də Baş Prokuor yanında Korrupsiyaaya Qarşı Baş Mübarizə İdarəsinə göndərəcək”(MİA.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=9741