"Həsən Hüseynlinin həbsi maarifçilik hərəkatına qarşı növbəti hücumdur"

18.07.2014 - 16:42

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı
Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri,
tanınmış maarifçi ziyalı Həsən Hüseynlinin həbsi ilə bağlı bəyanat qəbul edib.
Bəyanatla əlavə edilmiş faylda tanış ola bilərsiniz. da deyilir;
“Son zamanlar
hakimiyyətin vətəndaş cəmiyyəti nümayəndələrinə, ictimai fəallara qarşı təzyiqləri
davam etməkdədir. İyulun 14-də Gəncənin Nizami rayon Məhkəməsində xuliqanlıqda
və qanunsuz soyuq silah saxlamaqda ittiham edilən “Kamil Vətəndaş”
Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin barəsində ümumilikdə 6 il
olmaqla ( 5 il 11 ay 28 gün)həbs hökmü çıxarılıb.

Məhkəmə müdafiə
tərəfinin təqdim etdiyi çoxsaylı vəsatətləri qəbul etməyərək, dəlil və
sübutları araşdırmadan növbəti siyasi sifarişli hökmə imza atıb.

Həsən Hüseynli
Gəncəbasar bölgəsində fəaliyyət göstərən fəal QHT rəhbəri olmaqla gənclərimizə
təhsil verən, onları elmə dəvət edib xarici ölkələrdə təhsil almasına yardımçı
olan maarifçi ziyalılarımızdan biridir. Heç bir siyasi partiyanın üzvü olmayan
H. Hüseynlinin qanunsuz həbsi göstərir ki, hakimiyyət təkcə ictimai- siyasi
fəalları deyil, xalqımızın övladlarına təhsil verən onların elmli, savadlı
şəxsiyyət kimi formalaşmasına çalışan insanları, ziyalıları, müəllimləri də həbsə
atır. Bir daha təsdiq olunur ki,
müstəqil fikirli işıqlı, ziyalı insanlardan qorxan hakimiyyət xalqımızın
cəhalət içində boğulmasına çalışır. Çünki avtoritar rejimlər avam, savadsız
kütləni daha asan idarə edə bilir. Son zamanlar bəzi müstəqil təhsil
mərkəzlərinin bağlanması da bu siyasətin tərkib hissəsidir.

Həsən Hüseynli
oruc tutub namaz qılan, imanlı və işıqlı bir ziyalıdır. Gəncədə vətəndaş
cəmiyyətinin inkişafına və gənclərimizin maariflənməsinə yardımçı olan nümunəvi
müəllim, QHT rəhbəridir. Onun silah
gəzdirib kiməsə qarşı zor tətbiq etməsi, bıçaqla xəsarət yetirməsi absurd
olduğu qədər də külünc ittihamdır.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai
Alyansı Həsən Hüseynlinin sifarişli həbsini hakimiyyətin vətəndaş cəmiyyətinə, ziyalılara,
ölkədəki maarifçilik hərəkatına qarşı növbəti hücum və zorakalıq aktı kimi
qiymətləndirir. Alyans hakimiyyətdən Həsən Hüseynli başda olmaqla həbsdə olan
bütün siyasi məhbusların dərhal və qeyd- şərtsiz azad edilməsini, vətəndaşlara
qarşı apardığı repressiyalara son qoyulmasını tələb edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9746

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31