Rusiyada yol qəzası: 6 Azərbaycan vətəndaşı yaralanıb

18.07.2014 - 17:17

Rusiyanın Stavropol diyarı ərazisində baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşları xəsarət alıb.

APA-nın “sevkavportal.ru” saytına
istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saat 06.00 radələrində
Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında,
Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda baş verib.

 “Mercedes” markalı mikroavtobusun “VAZ 2113” markalı minik
avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Xəsarət alanlardan 6 nəfəri mikroavtobusun sərnişinləri olub. Onların
hamısı Azərbaycan vətəndaşıdır. 

Rusiya DİN-in Stavropol diyarı üzrə Dövlət Avtomobil Müfəttişliyi
İdarəsindən bildiriblər ki, Zelenokumskdan Georgiyevsk istiqamətinə
hərəkət edən mikroavtobus naməlum səbəbdən yolun qarşı tərəfinə çıxıb və
“VAZ 2113” avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü ölüb,
8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9747

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31