Dilqəm Əsgərov 17 yaşlı ermənini öldürməkdə ittiham olunur

18.07.2014 - 17:36

Ermənistanın müdafiə naziri Seyran Ohanyan hesab edir ki, 17 yaşlı
Smbat Sakanyanı Kəlbəcərdə tutulan 54 yaşlı Dilqəm Əsgərov
öldürüb. Nazir bunu AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində
deyib.

“İlkin ehtimallara görə, bu hadisəni təxribat qrupunun sonuncu
tutulan 54 yaşlı üzvü Dilqəm Əsgərov törədib” deyə Ermənistanın müdafiə
naziri bildirib. 

İyulun 11-də Ermənistan mətbuatı Azərbaycanın işğal altında olan
Kəlbəcər rayonunda Azərbaycanın 3 təxribatçısının tutulduğu barədə
məlumat yayıb. Media həmin şəxslərin ikisinin Kəlbəcər sakini Dilqəm
Əsəgərovla Tərtər rayon sakini Şahbaz Quliyevin foto və videosunu yaysa
da Cəbrayıl rayonundan olan Həsən Həsənovla bağlı əlavə məlumat
verilmir. Bu isə onun öldürülüdüyü barədə məlumatların yayılmasına səbəb
olub.

Ermənistan tərəfi həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları
olduğunu bildirsə də Azərbaycanın müdafiə nazirliyi bunu təkzib edib və
həmin şəxslərin silahlı qüvvələrdə xidmət etmədiyini bildirib. Nazirlik
həmçinin bildirir ki, “işğal olunmuş ərazilər suveren Azərbaycanın
torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada
sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz”.

Saxlanan şəxslərin ailə üzvləri də bildiriblər ki, onlar işğal
altındakı torpaqlarda yaxınlarının məzarını ziyarət etməyə gediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=9749

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31