Müdafiə Nazirliyindən inanılmaz qərar
Ordumuz NATO-ya qoşulur

“Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunandan
sonra orduda islahatlar həyata keçirilir və ordunun döyüş qabiliyyəti
artırılır. Bizim önəm verdiyimiz əsas məsələ də budur”.
Virtualaz.org xəbər verir ki, bunu ölkənin aparıcı KİV-lərinin nümayəndələri ilə görüşündə müdafiə nazirinin müavini Kərəm Vəliyev bildirib.
K.Vəliyev Zakir Həsənov müdafiə naziri təyin edilənə qədər orduda problemlərin olması faktını faktiki olaraq etiraf edib.
Nazir müavini həmçinin NATO-ya inteqrasiyası məsələsi ilə bağlı ciddi siyasi bəyanatla çıxış edib.
“Biz NATO-ya inteqrasiya edirik. Bəli, Azərbaycan hərbi sahələrdə
müxtəlif ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlıq edə bilər. Lakin
bizim strateji məqsədimiz NATO-ya inteqrasiyadır. Biz öz ordumuzu
NATO-nun yeni standartlarına uyğun şəkildə quracağıq” – deyə nazir
müavini bildirdi.
Kərəm Vəliyev Naxçıvanda əlahiddə ordunun yaradılmasının vacibliyini
də xüsusi vurğuladı: “Bizim Naxçıvanda çox güclü silahlı birləşmələrimiz
və aviasiyamız var. Son təlimlər də bizim ordumuzun döyüş
qabiliyyətinin yüksək olduğunu göstərdi. Tam məsuliyyətimlə bəyan edirəm
ki, Naxçıvanda çox güclü ordumuz var”.
Nazir müavini qeyd etdi ki, ehtiyatda olan zabitlərin hamısı
mərhələ-mərhələ ordu təlimlərinə cəlb ediləcək. Məqsəd hamının ümumi
səfərbərlik anına qədər tam hazır olmasını təmin etməkdir.
K.Vəliyev bəyan etdi ki, Qarabağın ərazisi əsasən dağlıq relyefə
malikdir, ona görə də hazırda dağ-atıcı qoşun növlərinin hazırlığına
xüsusi diqqət yetirilir.
Nazir müavini onu da vurğuladı ki, əsgərlər artıq təsərrüfat işlərinə
cəlb edilmirlər. Bu işləri orduya cəlb olunmuş mülki işçilər görür.
“Əsgər təsərrüfat işləri ilə yox, hərbi hazırlıqla məşğul olmalı,
təlim görməlidir, hərb elminin sirlərini öyrənməlidir” – deyə general
bildirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=9750