Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısı keçirilib
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya
Mərkəzinin növbəti iclası keçirilib. İclasda qurumun qəbul etdiyi qərarların
icra vəziyyəti, ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr
müzakirə edilib.
İclasda Respublika Baş prokurorluğu və Milli Təhlükəsizlik
Nazirliyinin “Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Rauf Mirqədirov
haqqında yaydığı birgə bəyanat müzakirə olunub. Bəyanatla bağlı hüquq müdafiəçisi
Leyla Yunusun və R. Mirqədirovun vəkillərinin verdiyi cavab təqdir olunub və dəstəklənib.
Koordinasiya Mərkəzinin toplantısında Gürcüstan Daxili Işlər Nazirliyinin aşkarladığı, Azərbaycandan
gələrək Türkiyəyə gedən yük maşınında 2 ton 790 kiloqram maye heroinlə bağlı məsələ
müzakirə olunub. Baş vermiş hadisənin ölkəmiz adına utanc olduğunu vurğulayan
Milli Şura üzvləri bu günə qədər Azərbaycan hakimiyyətinin “heroin əməliyyatı”
ilə bağlı hər hansı açıqlama verməməsini pisləyərək məsələyə aydınlıq gətirilməsini
tələb ediblər.
İclasda 47 yaşı tamam
olan “Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun
qatillərinin bu günə qədər tapılıb cəzalandırılmaması pislənilib.
Toplantıda Milli
Şuranın növbəti sessiyasının yaxın günlərdə keçirilməsi ilə bağlı məsələ
müzakirə olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=9754