İŞİD azərbaycanlılarla bağlı açıqlama verdi

18.07.2014 - 19:52

“Azəri camaatı “İslam dövləti”nin əsas dayaqlarından biridir” 

İŞİD tərkibində döyüşən azəri camaatı qruplaşmaya qarşı hazırlanan böyük hücumun qarşısını alıblar.

 Publika.az İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, terror qruplaşması azəri camaatının bu uğurunu qəhrəmanlıq kimi qeyd edir. 

Məlumata görə, iki həftə öncə Türkiyə sərhədindən 600 nəfərlik qüvvə
ilə  İŞİD-ə qarşı hücum gözlənilirmiş. Dəqiqləşdirilməmiş məlumatlara
görə, hücumda əsas qüvvə kürd qüvvələri təşkil edirmiş. Bu hücum haqda
kəşfiyyat məlumatları əldə edən azəri camaatı əmir Əbu-Hənəfinin
rəhbərliyi ilə qəhrəmancasına döyüşüb. 
“Allah qardaşlarımıza qələbə bəxş etdi. Onlar 100-dən artıq kürd
kommunisti öldürdü. Daha doğrusu, 105 meyit aşkarlandı, lakin
öldürülənlərin sayının daha çox olduğu deyilir. Azəri camaatının
tərkibində əmir Əbu-Hənəfinin rəhbərliyi ilə döyüşənlərdən biri də kürd
əsilli Əbu-Tarikdir. O, pulemyotla kafirləri pərən-pərən etdi. Bundan
sonra Allahsızlar geri çəkildi. Azəri qardaşlarımız “İslam dövləti”nin
əsas dayaqlarından biridir, bunu onlar həmin döyüşdə də göstərdi. Kim
Allahın yolundadırsa, Allah ona qələbələr bəxş edir”, deyə yayılan
informasiyada bildirilir.

Lakin döyüşdə İŞİD tərəfindən vuruşanların öldürülməsi, yaxud yaralanması haqda heç bir məlumat verilməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9756

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31