Ramazan endirimi, yoxsa adi fırıldaq?!

18.07.2014 - 20:51

Ramazan ayı ilə əlaqədar paytaxtın “28 mall”, “Metro park”,
“Park bulvar” və digər iri ticarət mərkəzlərində, mağazalarda endirim
kampaniyalarına başlanılıb.

“Zara”, “Mango”, “CELIO”, “Nine West”, “Chicco” kimi məşhur mağazalarda 50-70 faiz arasında endirimlər təklif edilir.

Lakin İqtisadiyyat və Sənaye Nazirliyinin apardığı yoxlamalar
nəticəsində əhalinin bu endirim reklamlarının bəziləri ilə aldadıldığı
da bəlli olub.

Məsələn, nazirlik “Koteks” MMC-yə məxsus mağazada endirim reklamı verildiyi halda endirimlərin tətbiq edilmədiyini aşkarlayıb.

Bu barədə virtualaz.org-a nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 31-də
yerləşən mağazada 70 faiz endirim reklamı verilsə də satışda endirim
tətbiq edilmir. Beləliklə də qeyri-dəqiq reklamdan istifadə edilməklə
istehlakçıların çaşdırılması hallarına yol verilir.

Belə ki, satışda olan mallara 70 faiz endirim tətbiq edilməsi barədə
mağazanın vitrin pəncərəsində reklam yayımlansa da mağazada satışda olan
malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub. Bundan
başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan
yayımlandığı da müəyyən edilib.

Nazirlik “Koteks” MMC barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyini açıqlayıb.

Nazirlik alıcılara xəbərdarlıq edir ki, bayramlarda daha çox alıcı
cəlb etmək məqsədilə malların qiymətində endirimlər tətbiq edilir. Əksər
hallarda isə endirim kampaniyaları saxta xarakter daşıyır. Belə ki,
istehlakçıların cəlb edilməsi məqsədilə qeyri-dəqiq reklamlar
yerləşdirilir. Bununla da ticarət subyektləri istehlakçıların seçim
sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə
etməklə istehlakçıları aldadırlar.

Nazirlik mal almadan əvvəl endirimlərlə əlaqədar yayımlanan
reklamlarda endirim tətbiq olunan malların əhatə dairəsinin (bütün
mallara, bir qrup mala, yaxud bir məhsula) dəqiq
göstərilib-göstərilmədiyinə,  tətbiq olunan endirim faizlərinin reklamda
konkret göstərilib-göstərilməməsinə diqqət yetirilməsini tövsiyə edir.

Endirim tətbiq olunan malların əhatə dairəsi və endirim faizləri
konkret göstərilmiş mağazalarda istehlakçılar alış-veriş edərkən
malların üzərində endirimdən əvvəlki və sonrakı qiymətlərin olmasına
diqqət yetirməlidir.

Nazirlik alıcılardan yalançı reklam verməklə əhalini aldadan mağaza,
firma və ya digər ticarət obyektləri ilə bağlı Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət
edilməsini istəyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9757

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31