Bu günün hava proqnozu

19.07.2014 - 00:03

İyulun 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.
Temperatur gecə 22-26В°, gündüz 33-38В° isti, Bakıda gecə 23-25В° isti, gündüz 35-37В° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturunun Abşeron çimərliklərində – Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27В°, Zuğulba, Mərdəkan, Şüvəlan,
Buzovnada 27-28В°, Türkan, Hövsan, Şıx və Sahildə 28-29В° isti olacağı
gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 17-22В°, gündüz 32-37В° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 11-16В°, gündüz 23-28В° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23В°, gündüz 30-35В° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 16-21В°, gündüz 26-32В° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz olacaq.
Temperaturun gecə 21-26В°, gündüz 34-39В° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 20-25В°, gündüz 30-35В° isti, dağlarda gecə 13-18В°, gündüz 24-29В° isti olacağı gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9760

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31