Bu günə qədər neçə sərnişin təyyarəsi vurulub?

18.07.2014 - 23:58

Bəzən sərhəd pozulması, bəzən də döyüş əsnasında qəsdən vurularaq salınan sərnişin təyyarələrinin sayı dünən baş verən məlum hadisə ilə 23-ə çatıb.
İlk dəfə sərnişin təyyarəsinin vurulması İkinci Dünya müharibəsi dövrünə təsadüf edir. “Fin Aero O/Y” hava yollarına məxsus təyyarə Sovet ordusu tərəfində vurulub. Hadisə nəticəsində 9 sərnişin və 2 ekipaj üzvü həyatını itirmişdi.
Malayziya Hava yollarına aid sərnişin təyyarəsinin vurulması hadisəsi 2007-ci ildə Moqadişuda baş verib. “TransAvia Export” Hava yollarına aid İlyuşin LL-76 tipli təyyarə Somalidə vurulub. Hadisə nəticəsində 11 nəfər həlak olub.
4 oktyabr 2001
Qara dəniz üzərində uçan Sibir Hava yollarına aid Tupolev 154 təyyarəsi, S-200 tipli raketlə səhvən vurulub. Hadisə nəticəsində 66 sərnişin və 12 ekipaj üzvü həyatını itirib.
3 iyul 1988
Bəndər Abbasdan Dubaya uçan İran Hava yollarına aid Airbus A-300 tipli sərnişin təyyarəsi, ABŞ Donanmasına aid “VINCENNES” gəmisi tərəfindən “düşmən təyyarəsi” zənn edilərək SM-2MR tipi hava mərmisi ilə vurulub. Təyyarədə olan 290 sərnişin və ekipaj üzvü həlak olub.
1 sentyabr 1983
Cənubi Koreyaya aid Boinq 747 tipli təyyarə, naviqasiya sistemlərində meydana gələn qəza səbəbilə Moneron adaları yaxınlığında Sovet hava sahəsinə girib. Su-15 təyyarələri tərəfindən vurulan sərnişin təyyarəsindəki 269 sərnişin və ekipaj üzvü həlak olub.
21 fevral 1973
Benqaliyadan Qahirəyə uçan Liviya Hava yollarına aid Boinq 727 təyyarəsi, pis hava şərtləri səbəbilə itkin düşüb. Hava Qəzası İdarəsindən kömək ala bilməyən pilotlar səhvən İsrail hava sahəsinə girib və İsrail Hava Qüvvələrinə məxsus F-4 qırıcıları tərəfindən vurulub. Hadisə nəticəsində 113 sərnişin həlak olub. Yalnız biri pilot olmaqla 5 nəfər xilas ola bilib.
20 aprel 1978
Murmansk yaxınlığında Sovet Hava Sahəsinə girən Cənubi Koreya Hava yollarına məxsus Boinq 707 təyyarəsinə atəş açılıb. Hadisə nəticəsində 2 sərnişin həyatını itirsə də, pilotlar təyyarəni donmuş çöllükdə endirə bilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9765

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31