İlham Əliyev Kəlbəcər əsirləri məsələsini şəxsən nəzarətə götürdü

19.07.2014 - 00:05

Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan və Xankəndi ofislərinin əməkdaşları işğal altında olan Kəlbəcər rayonunda girov götürülən azərbaycanlılarla görüşə bilməyiblər.
Bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Ağdamda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ermənistan tərəfi əsir və girov götürülmüş şəxslərlə davranış qaydalarını tənzimləyən beynəlxalq aktları pozur:
“Onlar haqda xəbər yayıldıqdan dərhal sonra cənab prezident bu məsələni şəxsən nəzarətə götürdü, müvafiq qurumlara tapşırıqlar verdi. Onun göstərişinə əsasən mən BQXK-nın Bakı ofisinin rəhbərliyi ilə görüşdüm. Onlar da İrəvan və Xankəndi ofisləri ilə əlaqə saxlayıblar. Ancaq bu günə qədər girov götürülən Dilqəm və Şahbazla görüşmək mümkün olmayıb. Biz bilirik Ermənistanda onlara qarşı hansı vəhşilikləri edirlər”.
Əli Həsənovun sözlərinə görə, hazırda düşmən əlində olan şəxslər əsl vətənpərvər insanlardır: “Təəssüf edirəm ki, Azərbaycan parlamentinin üzvləri, yüksək vəzifəli şəxslər, QHT nümayəndələri arasında Dilqəmi, Şahbazı qınayanlar var, amma unutmaq lazım deyil ki, o torpaqlar Azərbaycan torpaqlarıdır. Bir kəs ki, ölümü gözə alıb doğulduğu yerlərə gedir, deməli o, çox vətənpərvər adamdır. Üzümü həmin qınaq dolu müsahibələr verən adamlara tutub deyirəm ki, bəsdir, belə şeylərə yol vermək olmaz!”
Ə. Həsənov qeyd edib ki, əgər Ermənistan rəhbərliyi, bu ölkənin xüsusi xidmət orqanları o iki şəxsə qarşı amansız davransalar, xalqlar arasındakı nifrət daha da artacaq: “Ermənistan rəhbərliyi və xüsusi xidmət orqanları başa düşməlidir ki, hansısa erməni Azərbaycana əsir düşə bilər, onda Azərbaycan tərəfi Şahbaz və Dilqəmə qarşı yol verilən amansızlıqları həmin erməniyə tətbiq edə bilər. Və Ermənistan anlamalıdır ki, bizim aidiyyəti orqanlarımız soydaşlarımıza qarşı amansızlıqlara göz yummayacaq”.
APA

Short URL: http://www.cumhuriyyet.net/?p=9767

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31