İŞİD İsraillə eyni cəbhədə

19.07.2014 - 01:41

Yaxın Şərqdə
getdikcə güclənən İŞİD terror təşkilatının İsrailin zülmünə reaksiya verməməsi
bir çox fərqli iddiaların ortaya atılmasına gətirib çıxarır. İraq Məclisinin
Təhlükəsizlik və Müdafiə Komissiyası sədr müavini Vetut İŞİD-dən ələ keçirilən
sursatların İsrail istehsalı olan silahlar olduğunu bildirib. Vetut vurğulayıb
ki, İŞİD sionistlərdən təşkil olunub və  əsl hədəfləri ərəb ölkələrini
xaosa sürükləməkdir.

Vetut
İŞİD-in “İsrail fitnəyə qarışmadığı müddətcə onlara toxunmayacağıq”
açıqlamasına da münasibət bildirib. O qeyd etdi ki, fələstinli gənclər
qısa sujetli film çəkib və həmin filmdə İŞİD-in müsəlmanları öldürməkdən
çəkinmədiyi, israilli vətəndaşa isə toxunmadığı görüntülənib. 

Qeyd edək ki, İsrailin dünən gecə Xan Yunus və
Cəbəliyə bölgələrinə hücumu zamanı 25 fələstinli və 1 İsrail əsgəri öldürülüb.
200 nəfər isə yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9773

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31