ADP-çi gənci polis axtarır
ADP-nin Gənclər təşkilatının fəal üzvü Yunus Atakişiyev polis tərəfindən axtarılmaqdadır. Bu barədə məlumatı Cumhuriyyet.aza fəal özü bildirmişdir.ADP Gənclər təşkilatının fəal üzvü Yunus Atakişiyev və onun ailəsi polis tərəfindən təqib və təzyiqə məruz qalmaqdadır. Polis idarəsinin əməkdaşları bir neçə dəfə Yunus Atakişiyevin evinə gələrək onun anasindan ve aile üzvlərindən Yunus Atakişiyevin harda olduğunu soruşublar. Polislərdən onun hansı səbəbdən axtarılmasını soruşan ailə üzvləri təhqirə və təzyiqlərə məruz qalmişlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=97734