Aksiyalarda iştirak edən ADP-çi gənclər təqib olunur
Milli Şuranin 09.11.2014-cü il tarixli siyasi mehbuslara azadliq şüari ilə keçirdiyi mitinqindən sonra ADP-çi gənclərə qarşı hakimiyyət orqanları tərəfindən başlanan təzyiqlər səngimir. Bu barədə məlumat verən ADP Gənclər Təşkilatının sədr müavininin sözlərinə görə,polis dəfələrlə aksiyada iştirak etmiş partiya fəallarının evlərinə gələrək, onların ailə üzvlərinə təzyiq edib. Həmin vaxt gənclərin bir çoxu evdə olmadığından onlarla da telefonla əlaqə saxlayaraq, polis idarəsinə dəvət ediblər.Hətda ADP-nin mətbuat xidmetindən verilən məlumata görə, bu cür təqib və təzyiqlər üzündən partiyanın gənc fəallarından Yunus Atakişiyev xeyli vaxtdır evində qalmır. Bu yaxınlarda onun yaşadığı mənzilə naməlum şəxslər zəng edərək, Yunusun harda olmasıyla maraqlanıblar. Bu haqda məlumat ala bilmədikdə isə onun ailə üzvlərini təhqir edərək , hədələyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=97736