"Quba Nəqliyyat" ASC-də Arif Əliyev rüzgarı
Quba rayonunda daha bir
məmur özbaşınalığı haqda cumhuriyyet.az-a ilginc məlumat daxil olub. Bu dəfə
məlumatlar “Quba-Nəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyətinin hal-hazırki sədri,
Bakı şəhəri S.Vurğun küçəsi ev 1, mənzil 13-ün sakini Əliyev Arif Məmmədoğlunun özbaşınalıqları, vəzifəsindən sui-istifadə edərək
ASC-nin əmlakını sataraq külli məbləğdə sərmayəni mənimsəməsi ilə
bağlıdır.
Onu da bildirək ki, müxtəlif
instansiyalara, dövlət orqanlarına çoxsaylı müraciətlərimizə, A.Əliyevin korrupsioner əməlləri barədə tutarlı faktlara istinadən dürüst məlumatlarımıza baxmayaraq, A.Əliyevbarədə heç bir ciddi tədbir görülməmiş, bu səbəbdəndə A.Əliyev bəd əməllərinə son
qoymamış və bu gün də qanunsuz əməllərini hələ də davam etdirməkdədir. “Quba-Nəqliyyat” ASC-nin üzvləri baş verənlrlə bağlı
cumhuriyyet.az-ın əməkdaşına bunları deyib: “Bu korrupsionerin ASC-nin sonuncu
zəhmətkeş, qanuni üzvlərinin halal əmlakını, səhmlərini mənimsəyərək satması, qeyri-qanuni
yollarla varlanması bir həqiqətdir ki,
bunu qərəzsiz, obyektiv keçiriləcək araşdırmanəticəsində sübut etmək mümkündür. Belə
ki, burada təkcə bizim hüquqlarımız pozulmur, təkcə bizim əmlak-səhmlərimiz A.Əliyev tərəfindən
mənimsənilmir, həm də bizim kimi 100-dən artıq səhmdarın hüququ kobudcasına A.Əliyev tərəfindən pozulmuş, səhmlərdən
ibarət əmlakları mənimsənilmişdir”.
Bütün bunlardan başqa
cumhuriyyet.az etibarlı mənbənin məlumatları əsasında apardığı araşdırmalar
zamanı ilginc faktları üzə çıxarıb. Belə ki, A.Əliyev ATC-də avtomobillərin
təmiri üçün inşa edilmiş “Modul”
adlanan, metaldan quraşdırılmış 30.000
(otuz min) manat dəyərində təmir sexini, 60.000 ( altımış min) manat
dəyərində mağazaları, əlvan metaldan inşa edilmiş 20.000 ( iyirmi min) manat dəyərində anbarları,
20.000 (iyirmi min) manat dəyərində iki mərtəbəli inzibati binanı, 70.000 (yetmiş
min) manat dəyərində 17 ədəd “İkarus” markalı sərnişin avtomaşınlarını və
yük qarajında olan 80.000 (səksən min)
manat dəyərində tikililəri vədaşınar əmlakı talama yolu ilə mənimsəyərək
“Quba-Nəqliyyat” ASC üzvlərinə külli miqdarda zərər vurmuşdur.
“Quba-Nəqliyyat” ASC-nin üzvləri
deyir: “ASC-nin əsas səhm paketlərinin sahiblərinin bizim olduğumuza baxmayaraq, Arif Əliyev və oğlu Kamran Əliyev bizim razılığımızıalmamış, bizə məlumat verməmiş və saxtaprotokollar tərtib edərək, qanunsuz saxtaalqı-satqı müqavilələri tərtibetməklə səhmdarlara məxsus mağazaları və yuxarıda sadalanan əmlakı sataraq əldə edilən pul vəsaitlərini mənimsəmiş,
bununla da bizə, digər səhmdarlara külli
miqdarda 280.000(iki yüz səksən min) manat zərər vurmuşlar”.
“Quba-Nəqliyyat”
ATSC-nin sədri A.Əliyevinsaxta protokola əsasənsatdığı obyektlər barəsində olan 30.09.2007-ci iltarixli protokol, 1 sentyabr 2011-ci il tarixli, 18 oktyabr 2011-ci il tarixli, 27 dekabr 2011-ci il tarixli, 2 iyul 2013-cü il tarixli alqı-satqı
müqavilələrinin ləğv edilməsi və səhmdarların pozulmuş hüquqlarımızın bərpası barədə Baş prokurorluğa şikayət edilib və
adıçəkilən məmur haqda cinayətişinin başlanması mümkündür.
Mövzunu diqqətdə
saxlayacağıq…
Malik
Short URL: http://www.cumhuriyyet.net/?p=9774